Bazar, 25 Yanvar, 2026

Serbiyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019 yaz semestri


  • Dərc edildi: 16 Fevral, 2019 - 10:47
Serbiyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019 yaz semestri

Ümumi məlumat və qəbul qaydaları Serbiya Respublikası tərəfindən 2018/2019-cu tədris ilinin II semestri (yaz) üzrə Azərbaycan Respublikası vətəndaşlarına Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 1 təqaüd yeri ayrılmışdır. Təqaüd Proqramına daxil olan ixtisaslar barəsində məlumat almaq üçün, müvafiq keçiddən istifadə edərək, qeyd olunan 3 universitetin ixtisasları ilə tanış ola bilərsiniz. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından keçiddən müraciət formasını doldurmaq və 16 dekabr 2019-cu il tarixinə kimi kimi tələb olunan bütün sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemi (https://www.app.htp.edu.az/) vasitəsi ilə təqdim etmək xahiş olunur. QEYD: - Təhsil serb dilindədir; - Müvafiq təqaüd proqramının şərtlərinə uyğun olaraq təqaüdçü təhsil müddəti bitdikdən sonra ölkəyə qayıtmalıdır; - Serbiya tərəfinin müvafiq müraciət forması doldurulduqdan sonra Nazirliyin elektron ərizə sistemində “Qəbul haqqında sənəd” hissəsinə yüklənilməlidir. Maliyyələşmə Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:  ödənişsiz təhsil;  müvəqqəti yaşayış üçün qeydiyyat xərci;  Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;  yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);  tibbi sığorta;  15.000 Serb dinarı məbləğin

də aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil). QEYD:  Təhsil ölkəsinə gediş-gəliş üçün nəzərdə tutulan nəqliyyat xərcləri qarşılanmır. Tələb olunan sənədlər: 1. Təhsil sənədləri; a. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti; b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti; c. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti; Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti; 2. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti; 3. CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) (ingilis dilində); 4. Ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surəti; 5. QİÇS/HİV xəstəliklərin olmamasına dair tibbi arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec olmamalıdır); 6. 1 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir. QEYD: Yuxarıda adları qeyd olunan sənədlərin (1,2 və 5-ci bəndlər) notarial qaydada serb və ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur. Təqaüd Proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 114
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 183
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 26
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 286
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 38
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 83
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 120
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 300
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 120
“İngilis dili üzrə b...