Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır.)
Son qeydiyyat tarixi: saat 17:00, 05 mart 2018-ci il
- SOCAR təqaüdü (bundan sonra – Təqaüd) Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin (bundan sonra - ATM) bakalavr və magistr pillələrində siyahısı bu Proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir.
- Təqaüd aşağıdakı məqsədlərlə verilir:
- SOCAR üçün vacib olan ixtisaslara gəncləri cəlb etmək;
- ali təhsilin nüfuzunu möhkəmləndirmək, istedadlı, perspektivli tələbələrin potensialının realizəsinə dəstək olmaq, onların sosial müdafiəsini gücləndirmək;
- tələbələri bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirmək;
- istedadlı tələbələrin tədris planlarında nəzərdə tutulan tədris-tanışlıq və istehsalat təcrübələrini SOCAR-ın qabaqcıl istehsalat sahələrində və elmi-tədqiqat institutlarında keçməsinə şərait yaratmaq;
- ATM-i müvəffəqiyyətlə bitirmiş yüksək bilikli məzunları SOCAR-da ixtisası üzrə işlə təmin etmək.
- Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir.
- Tələbə akademik məzuniyyətə çıxdıqda, ATM-dən xaric olunduqda, başqa ali təhsil müəssisəsinə keçdikdə/köçürüldükdə, təqdim etdiyi sənədlərdə saxtakarlıq aşkar olunduqda, başqa ixtisasa keçdikdə/köçürüldükdə, başqa kommersiya təşkilatının təqaüdünü aldıqda Təqaüdün ödənilməsi dayandırılır.
- Təqaüd Təqaüdçüyə fərdi plastik bank kartı vasitəsilə ödənilir.
- Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
- Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
- Təqaüdün aylıq məbləği 100 manat təyin olunub.
- Təqaüd Tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən Tələbələrə verilir.
- Müsabiqə bu Proqramda qeyd olunmuş ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılır ("İxtisaslar" bölməsində verilmişdir).
- Tələb olunan ixtisasların siyahısı SOCAR rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər.
- Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- tələb olunan ixtisaslar üzrə bakalavr 2-ci, 3-cü və 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabi şöbələrində təhsil almalıdır (bakalavr 1-ci kursların namizədliyinə baxılmır);
- son 2 semestrdə "kafi" qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq "kafi" qiyməti olmamalı, qalan bütün qiymətləri "yaxşı" və ya "əla" olmalıdır;
- başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır;
- SOCAR-ın işçisi olmamalıdır.
- Təqaüd müsabiqəsinə iddiaçıların sənədləri hər tədris ilinin 1-ci semestri bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir.
- Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir.
- Müsabiqənin keçirilməsi ilə bağlı elan SOCAR-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
- Müsahibəyə buraxılan tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
- Müsabiqə 2 turda - məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.
- 1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.
- Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və qiymət kitabçasının əslini götürməlidirlər.
- 2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.
- Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.
- Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.
- Komissiya üzvləri tərəfindən iddiaçılara verilən balların cəminin müsabiqəni aparan Komissiya üzvlərinin sayına bölünməsi yolu ilə hər bir iddiaçı üçün orta bal müəyyən olunur.
- Hər kursdan "4"-dən aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd Təqaüdçü seçilir.
- Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.
- SOCAR-ın prezidenti tərəfindən təsdiq olunduqdan sonra Təqaüdçülərin siyahısı təqaüdçülər bölməsində yerləşdirilir.
Cavablar
1
Təqaüd müsabiqəsinə necə müraciət etmək olar?Fərdi qaydada Ərizə-anket bölməsindən elektron qeydiyyatdan keçmək lazımdır.
Geri
1
Təqaüd müsabiqəsinə kimlər müraciət edə bilər?Bakalavr pilləsinin 1-ci kursunda təhsil alan tələbələr istisna olmaqla bakalavr (yalnız əyani) və magistr (əyani və ya qiyabi) pilləsi üzrə təhsil alan tələbələr.
Geri
2
Təqaüdçünün nə kimi əlavə imtiyazları var?Təqaüdçü oxuduğu müddətdə SOCAR-ın müvafiq strukturlarında ödənişsiz istehsalat təcrübəsi (bütün kurslarda) və ödənişli yay təcrübəsi (2-ci kursu bitirdikdən sonra) keçə bilər. Bundan əlavə, universiteti bitirən təqaüdçü xarici ölkələrin aparıcı universitetlərindən birinin magistraturasında SOCAR-ın maliyyə dəstəyi ilə təhsilini davam etdirə və ya SOCAR-da işlə təmin oluna bilər. İşlə təmin olunan təqaüdçüyə "Gənc mütəxəssis" statusu verilir. Gənc mütəxəssis SOCAR-da güzəştli şərtlərlə mənzil almaq imkanı qazanır (mənzil növbəsinə dayanmağa əsas verən səbəblər olduğu halda). Məzun aşağıdakı şərtlər daxilində işə qəbul olunur: ən azı son 2 tədris ilində təqaüdçü olmalıdır və ödənişli Yay təcrübəsində ən azı 1 (bir) dəfə iştirak etməli və təcrübə yerindən müsbət rəy almalıdır (təcrübəni neçənci kursda keçməsindən asılı olmayaraq).
Geri
3
Daxili Təqaüd Proqramı çərçivəsində müsabiqədən kənar işlə təmin olunmaq üçün hansı şərtlərə cavab verməliyəm?Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrini (bakalavriat və ya magistratura pilləsi üzrə) son 2 (iki) tədris ilində SOCAR Təqaüdçüsü statusu ilə bitirmiş və SOCAR-ın həyata keçirdiyi "Ödənişli Yay Təcrübəsi" Proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar, müvafiq vakansiya olduğu təqdirdə, SOCAR-da müsabiqədənkənar işlə təmin olunan gənclər.
Geri
4
Əgər işə qəbul olunmaq üçün şərtlərə cavab verirəmsə, hansı müddətdə iş üçün müraciət etməliyəm?Əgər işə qəbul olunmaq üçün bütün şərtlərə cavab verirsinizsə, Siz işə qəbul edilmək üçün gözləmə siyahısına daxil edilirsiniz. Gözləmə siyahısının qüvvədə olma müddəti (təhsilini bitirdiyi ilin sentyabr ayından başlayaraq) aşağıdakı kimidir:
- qadın məzunlar üçün – 1 il;
- kişi məzunlar üçün:
- hərbi xidmətlə olarsa – 2 il;
- hərbi xidmətlə olmazsa – 1 il.
Yuxarıda göstərilən müddət ərzində işə qəbul olunmaq üçün müraciət etməlisiniz.
Geri
5
İşə qəbul şərtlərinə cavab verirəmsə, hansı işlə təmin olunacağam? Bu öz istəyimdən asılıdırmı?Siz işə qəbul şərtlərinə cavab verirsinizsə, işə müraciət edəndən sonra gözləmə siyahısı qüvvədə olduğu müddətdə Sizə vakansiya olduğu təqdirdə müvafiq iş təklif olunacaqdır. Iş yerini və ya vəzifəni SOCAR təklif edir. Əlavə olaraq qeyd edək ki, SOCAR tərəfindən təklif olumuş işdən imtina edən məzun Gözləmə siyahısından çıxarıla bilər.
Geri
6
SOCAR təqaüdünün məbləği nə qədərdir?SOCAR təqaüdü 2010-cu ilin noyabr ayından aylıq 100 manatdır. Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir
Geri
7
Müsabiqəyə qeydiyyatın müddəti nə vaxtdır?Müsabiqə hər tədris ilinin 1-ci semestri başa çatdıqdan sonra 1-2 ay ərzində elan olunur. Müsabiqəyə qeydiyyatın dəqiq müddəti hər dəfəelanlar bölməsində göstərilir
Geri
8
İxtisasımın adı saytda qeyd olunmuş ixtisas adından bir qədər fərqlənir. Bu halda proqrama müraciət etmək olarmı?Proqramda ixtisasların dəqiq yox, təxmini adları qeyd olunub. Əgər sizin ixtisasınız mahiyyətcə siyahıdakı ixtisaslara aid edilə bilərsə, namizədliyiniz qəbul olunacaq.
Geri
9
Mən kartımı itirmişəm. SOCAR mənə ikinci dəfə kart verir?SOCAR Təqaüdçüsü üçün birinci dəfə bank kartının açılmasını və sonradan həmin kartın müddətinin artırılmasını (əgər tələbə yenidən Təqüdçü seçilərsə) təmin edir. Bank kartını itirən Təqaüdçü yeni kartı öz hesabına almalıdır.
Geri
10
Müddəti bitən bank kartları nə edilməlidir?Təkrar təqaüdçü seçilən tələbənin bank kartının müddəti bitibsə, tələbə kartı müddəti artırılmaq üçün SOCAR-ə təqdim etməlidir və ya özü müstəqil olaraq müvafiq banka (Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialına) müraciət edərək, onun müddətini artıra bilər.
Geri
11
Müsabiqədə mənim ixtisasım üzrə neçə nəfərin iştirak edəcəyini necə öyrənə bilərəm?Müsabiqəyə qeydiyyata düşən bütün tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
Geri
12
Müsabiqənin nəticəsini necə öyrənə bilərəm?Müsabiqənin aralıq nəticələri elanlar vənamizədlər bölməsində, yekun nəticəsi isətəqaüdçülər bölməsində yerləşdirilir.
Geri
13
Ödənişli əsaslarla təhsil alan tələbə müsabiqədə iştirak edə bilərmi?Əyani (magistratura tələbələri - əyani və qiyabi) təhsil alırsa və Proqramın şərtlərinə cavab verirsə, iştirak edə bilər.
Geri
14
Özəl universitetin tələbəsi müsabiqədə iştirak edə bilərmi?Əyani (magistratura tələbələri - əyani və qiyabi) təhsil alırsa və Proqramın şərtlərinə cavab verirsə, iştirak edə bilər.
Geri
15
Ali məktəbə yüksək balla qəbul olmuş tələbə həmin il müsabiqədə iştirak edə bilərmi?Xeyr. Həmin tələbə ali məktəbdə bir semestr oxuduqdan sonra müsabiqədə iştirak edə bilər.
Geri
16
Rus bölməsində təhsil alan tələbə müsabiqədə iştirak edə bilərmi?
Azərbaycan, rus və ya xarici dilli bölmələrdə təhsil almasından asılı olmayaraq, Azərbaycan dilini bilən və Təqaüd Proqramının şərtlərinə cavab verən istənilən Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
Geri
17
Qeydiyyatdan keçdikdən sonra müsabiqəyə namizəd seçilmək barədə qərarı necə bilmək olar?Qeydiyyatdan keçən tələbələrin sənədlərinə 1 həftə müddətində baxılır və onların müsabiqəyə buraxılıb-buraxılmaması, həmçinin buraxılmama səbəbləri namizədlər bölməsində yerləşdirilir. Çatışmayan sənədləri təqdim edən tələbələrin namizədliyinə yenidən baxılır.
Geri
18
Eyni zamanda SOCAR-ın xaricdə təqaüd proqramında da iştirak etmək olarmı?Bəli.
Geri
19
SOCAR-da işləyə-işləyə qiyabi təhsil alan tələbə müsabiqədə iştirak edə bilərmi?Xeyr. Müsabiqənin məqsədi SOCAR-ın gələcək işçilərini indidən seçmək və formalaşdırmaqdır. Bu səbədən artıq SOCAR-da işlə təmin olunmuş tələbənin müsabiqədə iştirakı müsabiqənin məqsədlərinə uyğun deyil.
Geri
20
Müsabiqənin 1-ci turunda (test imtahanında) toplanılan bal yekun nəticədə nəzərə alınırmı?Xeyr. 1-ci turda toplanan bal 2-ci tura keçənlərin siyahısını müəyyənləşdirərkən lazım olur. Yekun seçimdə isə yalnız 2-ci turun nəticələri nəzərə alınır.
Geri
21
Nə üçün "kafi" qiymətləri olanlar müsabiqəyə buraxılmırlar?Müsabiqə təşkilatçıları da başa düşür ki, "kafi" qiymətlərlə oxuyan tələbələr arasında da istedadlı gənclər ola bilər. Çoxumuz tələbəlik illərində "kafi" qiymətlər də alan, lakin hazırda yaxşı mıtəxəssis kimi tanınan və ya "əla" və "yaxşı" qiymətlərlə oxuyub, lakin iş yerində özünü təsdiqləməyən bir neçə şəxsin adını çəkə bilərik. Amma bunlar istisna hallarıdır. İstisnalar isə qaydanın doğruluğunu təsdiqləyir. Bir analogiya gətirək. Məlumdur ki, torpağın altında istənilən yerdə karbohidrogenlər var. Bəs onda niyə hər yerdə neft və ya qaz çıxarılmır? Çünki, ehtiyatların konsentrasiyası hər yerdə eyni deyil. Bəzi yerlərdə onun sənaye istismarı səmərəlidir (yəni, konsentrasiyası çoxdur), bəzi yerlərdə isə - səmərəsiz (konsentrasiyası çox azdır və ya sıfra yaxındır). Hər bir işə başlamazdan əvvəl onun səmərəsi hesablanır (bu pulla da ifadə oluna bilər, başqa göstəricilərlə də). Yalnız o işə başlamaq olar ki, orada sərf olunan resursların dəyəri əldə etdiyin nəticələrin dəyərindən az olsun. Daha dəqiq desək, biznesin əsas məqsədi minimum məsrəflə maksimum gəlir əldə etməkdir. İstənilən müsabiqə bir biznes layihəsidir (xüsusilə də kommersiya təşkilatı tərəfindən keçirilən müsabiqə). Bu layihəyə də resurslar sərf olunur və onun nəticələri ilə müqayisə olunur. Aydındır ki, "əla" və "yaxşı" qiymətlərlə oxuyan tələbələr arasında bilikli (və deməli, gələcəkdə yaxşı mütəxəssis ola biləcək) gənclərin xüsusi çəkisi "kafi" qiymətlərlə oxuyan tələbələrə nisbətən daha çoxdur. Bu səbəbdən də yuxarıda qeyd etdiyimiz analogiyaya əsasən bu kontingentlə işləmək səmərəlidir. Əgər nə vaxtsa, nəticələrin dəyəri resurslardan az olarsa, onda müsabiqəni keçirməyə ehtiyac qalmayacaq. Əvvəlki semestrlərdə 1-2 "kafi" qiymətinin nəzərə alınmaması şərti isə təsadüfi "kafi" qiymət alan tələbələr üçün stimul yaratmaq məqsədi daşıyır. Çünki təsadüfü qiymətlər, bir qayda olaraq, 1-ci kursda (ali məktəb həyatına adaptasiya ilə bağlı) olur. Bir məsələni də unutmaq lazım deyil. Yaxşı oxumaq yalnız bilik göstəricisi deyil, bu həm də məsuliyyət göstəricisidir. Müasir işçi üçün bu çox vacib göstəricidir.
Geri
22
Müsahibələrdə tələbələr hansı meyarlara əsasən qiymətləndirilirlər?Müsabiəqənin məqsədi gələcəkdə yaxşı, perspektivli mütəxəssis ola biləcək tələbələri seçmək və digərlərini belə olmağa həvəsləndirməkdir. Yaxşı mütəxəssis olmaq üçün isə yalnız universitetdə "yaxşı" və "əla" qiymətlərlə oxumaq kifayət deyil. Komissiya qiymətləndirmə zamanı tələbənin ixtisas biliyindən əlavə fikrini ifadə etmə, məsuliyyətlilik, davranış, özünəinam, inandırma, liderlik və s. keyfiyyətlərini də nəzərə alır. Bu meyarlara əsasən universitetin ən yaxşı tələbəsi müsabiqədə təqaüdçü olmaya da bilər.
Geri
23
Müsabiqənin yekun nəticələri nə vaxt elan olunur?
Müsabiqənin 2-ci turunda - müsahibələrdə hər bir Komissiya üzvü tələbələri fərdi şəkildə qiymətləndirir. Bütün kurslar üzrə müsahibələr başa çatdıqdan sonra Komissiya üzvləri qiymət cədvəllərini (qiymətlər 5 ballıq sistemdə onda bir dəqiqliklə verilir) imzalayaraq, bir nüsxəsini Təlim və inkişaf şöbəsinə (TİŞ) təqdim edirlər, digər nüsxəsini isə özlərində saxlayırlar. TİŞ-də müsabiqə nəticələri ümumiləşdirilir: bütün tələbələr üzrə Komissiya üzvlərinin verdiyi ballar bir cədvələ qeyd olunur, hər bir tələbə üzrə orta bal (balların cəmi müsahibədə iştirak etmiş Komissiya üzvlərinin sayına bölünməklə, yüzdə bir dəqiqliklə) tapılır, hər kurs üzrə tələbələr orta bala nəzərən çoxdan aza doğru sıralanır. Hər kursdan 4,00 baldan aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd cədvəldə təqaüdçü kimi qeyd olunur. Cədvəl tanış olmaq və yoxlanmaq üçün Komissiya üzvlərinə göndərilir. 3-4 gün müddətində hər hansı Komissiya üzvünün iradları olarsa, onlar imzalanmış və TİŞ-ə təqdim olunmuş müvafiq qiymət cədvəli ilə tutuşdurulur. Cədvəlin məlumtları dəqiqləşdirildikdən sonra Komissiyanın yekun iclası keçirilir və təqaüdçülərin siyahısı təsdiqlənir. İclasın növbəti günü bu siyahı SOCAR-ın saytında elan olunur.
Geri
24
Təqaüdlər nə vaxt ödənilir?
Təqaüdçülərin siyahısı elan olunduqdan sonra ödənişlərin aparılması üçün SOCAR-ın müvafiq əmri verilir. Əmrə əsasən yeni təqaüdçülər üçün SOCAR tərəfindən bank hesabları açılmalı və yeni bank kartları alınmalı, həmçinin bank kartının müddəti başa çatmış təqaüdçülərin kartları yığılaraq, bankda dəyişdirilməlidir. Vaxtı keçmiş kartların yığılması, təxminən, 1 həftə çəkir. Bundan sonra həm yeni kartların alınması, həm də köhnələrinin dəyişdirilməsi üçün banka müraciət olunur. Bank tərəfindən bu xidmətlər 20 iş günü müddətində aparılır. Yalnız bundan sonra eyni vaxtda bütün təqaüdçülərin təqaüdləri onların hesablarına köçürülür. Göründüyü kimi, bu proses ən azı 1 ay çəkir.
Geri
25
Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələn namizədlərin mənzillə təmin olunma prosedurları necədir?Prosedurlar aşağıdakı kimidir:
- Mənzil təmin edilmək üçün "Neftçi" mənzil-tikinti kooperativinə (MTK) üzv olmaq lazımdır.
- Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələnlər Kooperativə növbədənkənar üzv olma hüququna malikdirlər (digər işçilər müəyyən staj senzindən sonra üzv ola bilərlər).
- MTK-ya üzv olmaq üçün xüsusi elanı gözləmək lazımdır (elanda binanın yeri və ərizə qəbulu müddəti qeyd olunur). Elanlar bütün idarələrdə bir çox yerlərdə asılır. Hər tikilən bina üçün ayrıca elan verilir. Elan tikiləcək binanın layihəsi hazır olduqdan sonra verilir.
- MTK-ya üzv olmaq istəyən müvafiq elandan sonra SOCAR rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- 1) ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri;
- 2) yaşayış yerindən arayış (forma 2);
- 3) işlədiyi müəssisə rəhbərinin vəsatəti;
- 4) əmək kitabçasının surəti;
- 5) ailə üzvlərinin adına yaşayış sahəsinin olub-olmaması haqqında DƏDRX-dən arayış;
- 6) nikah və doğum haqqında şəhadətnamələrin surəti.
- Təqdim olunan sənədlər Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsi (YSİŞ) tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə əsasən, inşa ediləcək yaşayış binasındakı mənzillərin say və sahəsinə müvafiq olaraq MTK üzvlüyünə namizədlərin siyahısı hazırlanır. Siyahı ərizələrin daxil olma tarixinə nəzərən tərtib edilir və müvafiq qaydada təsdiqləndikdən sonra MTK-ya təqdim olunur. Müraciətə baxılmanın nəticəsi barədə ərizəçiyə yazılı məlumat verilir.
- Siyahısı MTK-ya təqdim edilmiş şəxslər göndərişin daxil olduğu tarixdən 15 gün müddətində MTK ilə Pay qoyuluşu müqaviləsi bağlamalıdırlar.
- MTK ilə Pay qoyuluşu müqaviləsini bağlayan, birdəfəlik üzvlük haqqını (10 manat) ödəyən şəxs MTK-nın Ümumi Yığıncağının qərarı ilə MTK-nın üzvü sayılır.
- Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan namizəd 2 otaqlı mənzilə sahib ola bilər.
- 2 otaqlı mənzilin dəyərinin 50%-i SOCAR tərəfindən, 50%-i isə özü tərəfindən ödənilir.
- Namizəd öz istəyilə 2 otaqlı mənzilin sahəsinin 50 %-indən çox olmamaq şərti ilə əlavə sahə (yəni, 3 otaqlı mənzil) seçə bilər. Əlavə sahənin dəyəri üzv tərəfindən tam həcmdə ödənilir.
- Mənzilin dəyəri tikinti müddətində MTK-ya ödənilməlidir. Mənzilin dəyərinin MTK üzvü tərəfindən ödəniləcək hissəsi 10 ilədək müddətə illik 4% olmaqla kreditləşdirilə bilər. Əlavə seçilmiş sahənin dəyəri tikinti müddətində ödənilməlidir və bu məbləğ kreditləşdirilmir.
- Kooperativə üzv olanlar minimum 3 il olmaqla, pay haqqını tam ödəyənədək SOCAR-da işləməlidir.
- Aşağıdakı hallarda Kooperativ üzvlüyünə xitam verilir:
- 1) SOCAR rəhbərliyinə Kooperativdən çıxmaq barədə ərizə verdikdə;
- 2) SOCAR ilə əmək münasibətlərinə xitam verildikdə (3 il işləmə öhdəliyinin yerinə yetirilməsi və pay haqqının tam ödənilməsi halları istisna olmaqla);
- 3) Kooperativlə bağlanmış müqavilə öhdəlikləri üzv tərəfindən yerinə yetirilmədikdə;
- 4)Kooperativ qanunvericiliyə uyğun olaraq ləğv edildikdə.
- Kooperativ üzvlüyünə xitam verilmiş şəxsə ödənilmiş pay haqqının qaytarılması tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
Geri
26
Mənzil məsələləri ilə bağlı suallarımızı kimə verə bilərik?SOCAR işçiləri mənzil məsələləri ilə bağlı suallarını Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsinin mütəxəssislərinə verə bilərlər. Əlaqə telefonlar: 11-063; 11-251; 11-272; 10-074. .
Geri
27
Test imtahanının nəticələri əsasında keçid balları necə və nə vaxt müəyyən olunur?
Test imtahanından sonra nəticələr təhlil edilir və keçid balları ilə əlaqədar olaraq SOCAR-ın Müsahibə Komissiyası üçün təkliflər hazırlanır. Müsahibə komissiyası təklifləri müzakirə edir və yekun qərar verir. Keçid balları ixtisas qrupları üzrə tələbələrin yığdıqları ballar əsasında azı 10-15 gün ərzində müəyyən olunur.
QEYD: Müvafiq ixtisas qrupu üzrə rəqabətlilik (yığılan ballar) yüksək olduqca, həmin ixtisas qrupunun keçid balı da daha yüksək müəyyən olunur və ya əksinə.
Geri
28
Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri proqramda iştirak etmək hüququna malikdirlərmi?
Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikasında yerləşən bütün ali təhsil müəssisələrinin tələbələri proqrama müraciət edə bilərlər.
Geri