Təlim mərkəzinə sənəd qəbulu
MÜRACİƏT ÜÇÜN BAŞLAMA TARİXİ: 15 MART 2024 Müraciət üçün son tarix: 15 aprel 2024 |
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı
- 29 yaşı tamam olmamalı
- Ali təhsilli, Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
- Hərbi bileti olmalı (“Mühafizəçi” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq)
“Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər:
- Boyu - minimum 180 sm
- Qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 50 dəfə;
- Turnikdə dartınma - 10 dəfə
- Qaçış:
- 100 (yüz) metr - 15 saniyə
- 1000 (min) metr - 4 dəqiqə
II tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:
- Şəxsiyyət vəsiqəsi
- Hərbi bilet (oğlanlar üçün)
- Attestat/ Diplom
- Sağlamlıq haqqında arayış (Forma 86)
- Rentgen flüoroqrafiyası
III tur- Test imtahanında riyaziyyat üzrə 20, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 40 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.
Şagirdlərin təhsil müddətində təminatları:
- Aylıq təqaüd
- Gündəlik nahar
Qeyd 1 : Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların müraciətlərinə üstünlük veriləcəkdir.
Qeyd 2 : Orta ixtisas, ilk peşə və ali təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qeyd 3 : Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər, təlim mərkəzindən xaric olunan şagirdlər və təlim mərkəzlərinin məzunları müraciət edə bilməzlər.
Qeyd 4 : Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal müsabiqədən kənarlaşdırılacaqdır.
Qeyd 5 : SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır. Qəbul həyata keçirilən peşələr:
S/S | Peşə ixtisasları | Yer sayı | Tədrisin keçiriləcəyi Təlim Mərkəzi | Təhsil müddəti | Qeyd |
---|---|---|---|---|---|
1 | Aparatçı | 10 | STTM | 6 ay | |
2 | Avtomobil təmiri çilingəri | 10 | QRTM | 6 ay | |
3 | Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru | 41 | STTM QRTM | 1 il | |
4 | Elektrik qaz qaynaqçısı | 40 | STTM QRTM | 1 il | Regionlar üzrə 14 yer* |
5 | İzolyasiyaçı-örtükçü | 17 | KHTM | 6 ay | |
6 | Karotaj stansiyasının maşinisti | 5 | QRTM | 6 ay | |
7 | Kimyəvi analiz laborantı | 10 | STTM | 6 ay | |
8 | Kompressor qurğularının maşinisti | 18 | QRTM | 6 ay | |
9 | Mühafizəçi | 15 | QTTM | 1 ay | |
10 | Nasos qurğusu maşinisti | 17 | STTM | 6 ay | |
11 | Neft və qaz hasilatı üzrə operator | 50 | KHTM QRTM | 6 ay | |
12 | Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi | 12 | KHTM | 6 ay | |
13 | Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər | 24 | STTM QRTM | 1 il | |
14 | Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər | 19 | QRTM | 6 ay | |
15 | Qaz paylayıcı stansiyanın operatoru | 12 | QRTM | 6 ay | |
16 | Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri | 12 | KHTM | 6 ay | Regionlar üzrə 12 yer* |
17 | Qaz təsərrüfatının nəzarətçisi | 161 | QRTM | 6 ay | Regionlar üzrə 111 yer* |
18 | Takelajçı | 5 | QRTM | 6 ay | |
19 | Təmirçi çilingər | 73 | STTM QRTM | 6 ay | Regionlar üzrə 9 yer* |
20 | Tornaçı, frezerçi | 18 | QRTM | 6 ay | |
21 | Yeraltı qaz kəmərləri istismarı və təmiri üzrə çilingər | 14 | KHTM | 6 ay | Regionlar üzrə 11 yer* |
* Yalnız müvafiq region üzrə edilmiş müraciətlərə baxılacaqdır. “Azəriqaz” İstehslat Birliyinin Regional Qaz İstismarı İdarələri (RQİİ) üzrə qəbul keçiriləcək peşələrin adları və yer sayları aşağıdakı kimidir:
Yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər | |||
---|---|---|---|
1 | Ağsu RQİİ | İsmayıllı rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
Göyçay rayonu üzrə Qəza-dispetçer xidməti | 1 | ||
2 | Gəncə RQİİ | Gəncə rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
3 | Xaçmaz RQİİ | Qusar rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
4 | Sumqayıt QİS | Qaz kəmərlərinin və avadanlıqlarının istismarı qəza dispetçer xidməti | 3 |
5 | Şəmkir RQİİ | Ağstafa rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
Tovuz rayonu üzrə Qəza-dispetçer xidməti | 1 | ||
6 | Zaqatala RQİİ | Qax rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
Ağdaş rayonu üzrə Qəza-dispetçer xidməti | 1 | ||
Təmirçi-çilingər | |||
1 | Ağsu RQİİ | Ağsu RQİİ üzrə Təmir-tikinti sahəsi | 2 |
2 | Gəncə RQİİ | Gəncə RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
3 | Xaçmaz RQİİ | Xaçmaz RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
4 | Lənkəran RQİİ | Lənkəran RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
5 | Salyan RQİİ | Salyan RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
6 | Şəmkir RQİİ | Şəmkir RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
7 | Tərtər RQİİ | Tərtər RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
8 | Zaqatala RQİİ | Zaqatala RQİİ üzrə Təmir-tikinti sahəsi | 1 |
Qaz təsərrüfatının nəzarətçisi | |||
1 | Ağsu RQİİ | Ağsu rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Göyçay rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Ucar rayonu üzrə TTəbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
2 | Gəncə RQİİ | Gəncə rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Goranboy rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Göygöl rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Samux rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Naftalan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
3 | Xacmaz RQİİ | Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Qusar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Şabran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Xaçmaz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Xızı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Siyəzən rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
4 | Lənkəran RQİİ | Biləsuvar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Cəlilabad rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Masallı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 5 | ||
Astara rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Lerik rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Yardımlı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
5 | Salyan RQİİ | Hacıqabul rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
İmişli rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Neftçala rayonu üzrə Xol-qarabucaq Təmir-bərpa və satış xidməti | 2 | ||
Saatlı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Sabirabad rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Salyan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Şirvan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
6 | Şəmkir RQİİ | Ağstafa rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Gədəbəy rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Qazax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Daşkəsən rayonu üzrə Hindarx Təmir-bərpa və satış xidməti | 2 | ||
7 | Tərtər RQİİ | Ağcabədi rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Ağdam rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Bərdə rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Beyləqan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Mingəçevir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Tərtər rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Yevlax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Fizuli rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Zərdab rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
8 | Zaqatala RQİİ | Ağdaş rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 |
Balakən rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Oğuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Qəbələ rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Şəki rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti | 2 | ||
Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri | |||
1 | Ağsu RQİİ | Ağsu rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
2 | Gəncə RQİİ | Gəncə rayonu üzrə Qəza-dispetçer xidməti | 2 |
3 | Xaçmaz RQİİ | Siyəzən rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
4 | Lənkəran RQİİ | Biləsuvar rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
5 | Şəmkir RQİİ | Şəmkir rayonu üzrə Qəza-dispetçer xidməti | 1 |
6 | Tərtər RQİİ | Ağcabədi rayonu üzrə Qəza-dispetçer xidməti | 3 |
Yevlax rayonu üzrə Qəza-dispetçer xidmət | 1 | ||
7 | Zaqatala RQİİ | Qəbələ rayonu üzrə Qəza-dispetçer xidməti | 2 |
Elektrik-qaz qaynaqçısı | |||
1 | Gəncə RQİİ | Samux rayonu Təmir-tikinti sahəsi üzrə | 1 |
2 | Xaçmaz RQİİ | Xaçmaz rayonu Təmir-tikinti sahəsi üzrə | 2 |
Quba rayonu Təmir-tikinti sahəsi üzrə | 1 | ||
3 | Lənkəran RQİİ | Lənkəran rayonu Təmir-tikinti sahəsi üzrə | 1 |
4 | Salyan RQİİ | Salyan rayonu Təmir-tikinti sahəsi üzrə | 1 |
5 | Şəmkir RQİİ | Gədəbəy rayonu Təmir-tikinti sahəsi üzrə | 1 |
Şəmkir rayonu Təmir-tikinti sahəsi üzrə | 2 | ||
6 | Tərtər RQİİ | Ağcabədi rayonu Təmir-tikinti sahəsi üzrə | 2 |
Mingəçevir rayonu Təmir-tikinti sahəsi üzrə | 1 | ||
7 | Zaqatala RQİİ | Zaqatala rayonu Təmir-tikinti sahəsi üzrə | 2 |
Müraciətlər elektron formada qəbul olunur. Elektron müraciət formasını "Müraciət et" bölməsindən doldura bilərsiniz.
Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər. Əlaqə nömrələri: (012) 521-00-00 (daxili: 48-049 / 48-056) Müraciət üçün son tarix: 15 aprel 2024
===========
Tez-tez verilən suallar
Sual 1: Təlim Mərkəzində təhsilin hansı üstünlükləri var?
Cavab: Şagirdlər təhsil aldıqları dövrdə aylıq təqaüd, gündəlik nahar ilə təmin olunurlar. Həmçinin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, onlara iş təklifi olunur.
Sual 2: Müraciət üçün hansı sənədlər tələb olunur?
Cavab: Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gərlərkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki, ilk-peşətəhsilli və ali təhsilli olanlar diplom) və rentgeni flüoroqrafiyasını təqdim etməlisiniz.
Sual 3: Sənədlərin yalnız surətini təqdim etmək olarmı?
Cavab: Xeyr. Müsahibələrdə sənədlərin əsli təqdim olunmalıdır.
Sual 4: Təlim Mərkəzinə kimlər müraciət edə bilər?
Cavab: Peşələr üzrə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşları, 29 yaşı tamam olmayan, ali, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (Hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər), hərbi bilet (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq), tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen müayinəsi (flüoroqrafiya) olanlar.
Sual 5: Müraciət üçün hərbi xidmətdə olunması mütləqdirmi?
Cavab: Xeyr, xüsusi peşələr istisna olmaqla (məs: "Mühafizəçi", "Dalğıc") digər peşələrə müraciət edən şəxsin yalnız hərbi biletin əslini (həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) təqdim etməsi kifayətdir..
Sual 6: Ümumi orta təhsili olan gənclər müraciət edə bilərmi?
Cavab: Xeyr, minimum tam orta təhsilli şəxslər müraciət edə bilər.
Sual 7: Peşə məktəbini bitirmiş gənclər müraciət edə bilərmi?
Cavab: Tam orta təhsil almaqla peşə təhsili olan gənclər müraciət edə bilər.
Sual 8: Ali təhsilli şəxslər müraciət edə bilərmi?
Cavab: Bəli. Ali təhsili olan gənclər müraciət edə bilər.
Sual 9: Rayon qeydiyyatinda olan gənclər müraciət edə bilərmi?
Cavab: Bəli. Qaydalar bölməsində qeyd olunan regionlar üzrə müvafiq qaydada müraciət oluna bilər.
Sual 10: Müsabiqə neçə turda təşkil olunur?
Cavab: Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı.
Sual 11: Müsahibədə namizədlərə nə kimi suallar verilir?
Cavab: SOCAR haqqında məlumat, motivasiyası, ünsiyyət bacarığı və dünya görünüşü, məsuliyyəti və intizamı, nailiyyətləri və üstünlükləri.
Sual 12: Müraciəti qəbul olunan namizədlər müsahibəyə nə vaxt çağırılır?
Cavab: Müraciətlərin elektron formada qəbulu üzrə müddət bitdikdən sonra 5 iş günü ərzində müsahibəyə dəvət olunanların (seçilənlər) və müraciəti qəbul olunmayanların (seçilməyənlər) siyahısı "Namizədlər" bölməsində yerləşdirilir.
Sual 13: Test imtahanı neçə sualdan ibarət olur? Suallar hansı mövzulardan düşür?
Cavab: Test imtahanı 40 sualdan ibarət olub riyaziyyat, fizika, fənnlərinin əsaslarını, məntiq və milli dövlətçiliyə aid mövzuları əhatə edir.
Sual 14: Təhsilin müddəti nə qədərdir?
Cavab: Peşələr üzrə müvafiq olaraq 1 (bir) ay (mühafizəçi), 6 (altı) ay və 1 (bir) ildir.
Sual 15: Təhsil aldığım müddətdə işləyə bilərəmmi?
Cavab: Təhsilinizə heç bir maneə törətməyəcəyi təqdirdə dərs saatları xaricində işləyə bilərsiniz.
Sual 16: Təhsilini bitirdikdən sonra məzunlara hansı sənəd təqdim olunur?
Cavab: Təhsilini müvəffəqiyyətlə başa vurduqda şagirdlərə xüsusi sertifikatlar təqdim olunur.
Sual 17: Təhsilini bitirdikdən sonra məzunlar işlə təmin edilirmi?
Cavab: SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəlik daşımır. Lakin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi edilə bilər.
Sual 18: Müsabiqənin müsahibə və test mərhələləri üzrə keçirilmə vaxtları barədə necə məlumat əldə edə bilərəm?
Cavab: Müsabiqənin mərhələləri və keçirilmə vaxtları barədə məlumatları saytımızda yerləşdirilən elanlar vasitəsilə əldə edə bilərsiniz.
========
Peşələr barədə ətraflı məlumat üçün daxil olun
========
Əlaqə:
SOCAR-ın Qəbul Komissiyası Email : [email protected] Əlaqə nömrəsi : (012) 521-00-00 Ünvan : Nizami rayonu, Azər Manafov küçəsi, 1 SOCAR-ın Apellyasiya Komissiyası Email : ceyhun.ismayı[email protected] Əlaqə nömrəsi : (012) 521-00-00 (48-056) Ünvan : Nizami rayonu, Azər Manafov küçəsi, 1
=======
QEYDİYYAT 👈🏻yeri üçün daxil olun
📢📢📢📢📢📢📢📢
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾ 📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣 Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗: 🟢WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz 🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup 🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az 🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az