Qarabağ Universitetində mərkəz direktoru, ingilis dili müəllimi, proqram rəhbəri vəzifələri üzrə vakansiyalar elan edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Namizədlər ətraflı məlumatla aşağıdan tanış ola bilərlər. Tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiyalarda müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq. 💼💼💼💼💼 Qarabağ Universitetində vakansiya – mərkəz direktoru İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssis və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə daxil edilib. Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir. Qarabağ Universitetində xarici dillərin və digər akademik bacarıqların inkişafı üzrə mərkəz fəaliyyət göstərəcək. Mərkəzin məqsədi tələbələrin xarici dil və akademik bacarıqlarını inkişaf etdirmək, onların uğurlu karyera qurmaları, şəxsi və peşəkar inkişaflarına nail olmaları üçün dəstək verməkdir. Vəzifə: mərkəz direktoru İşin təsviri: • mərkəzin fəaliyyətinin planlaşdırılması, təşkili, fəaliyyətlərin icrasına nəzarət edilməsi; • mərkəzin fəaliyyət istiqamətlərinə uyğun təhsil proqramları və xidmətlərinin təşkili, idarə edilməsi; • mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif tərəflərlə əməkdaşlığın qurulması və aparılması; • mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, işçilərin (müəllim və inzibati idarəetmə heyəti) işə qəbulu və peşəkar inkişafının təşkil edilməsi; • mərkəzdə peşəkar iş mühitinin təmin edilməsi; • mərkəzin resurs və imkanlarının idarə edilməsi. Tələblər: • xarici dil tədrisi və (ya) idarəetmə sahəsində müvafiq ixtisaslar üzrə minimum magistr ali elmi-ixtisas dərəcəsi (qeyd edilən və ya digər sahələrdə elmi dərəcə və (və ya) elmi ad üstünlükdür); • müvafiq sahə üzrə minimum 8 il, xarici dil tədrisi ilə bağlı minimum 5 il, idarəetmə ilə bağlı minimum 3 il təcrübə (sözügedən təcrübənin ali təhsil müəssisələrində olması üstünlükdür); • təhsil proqramlarının hazırlanması, müəllimlərin peşəkar inkişafı, təhsil texnologiyaları ilə bağlı təcrübə üstünlükdür; • ən azı C1 səviyyəsində ingilis dili biliyi (digər xarici dil biliklərinin olması üstünlükdür); • DELTA və digər müvafiq sertifikatlara sahib olması üstünlükdür; • liderlik və idarəetmə bacarığı; • innovativ, interaktiv metod və texnologiyalardan istifadə və rəqəmsal bacarıqlar; • tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı; • yüksək kommunikasiya (yazılı və şifahi), qərar qəbuletmə və problem həlletmə bacarığı; • stresədavamlılıq; • tədqiqat və analitik təhlil bacarığı. Tələb olunan sənədlər: • tərcümeyi-hal; • ali təhsili təsdiq edən sənədlərin surəti; • dil səviyyəsini təsdiq edən və digər peşəkar sertifikatlar (əgər varsa); • dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa); • Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, mərkəzlə bağlı baxış – maksimum 500 söz); • tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər). Qeyd: Universitetdə daimi əsaslarla çalışan əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Rəqabətli əməkhaqqı təklif olunur. Müraciət üçün son tarix: 31 mart 2024-cü il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Mərkəz direktoru” yazmaqla göndərməyiniz xahiş olunur. 💼💼💼💼💼💼💼 Qarabağ Universitetində vakansiya – ingilis dili müəllimi İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssis və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə daxil edilib. Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir. Vəzifə: ingilis dili müəllimi İşin təsviri: • təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak; • müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası; • müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi; • tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması; • müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə; • tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili; • mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi. Tələblər: • müvafiq sahə üzrə minimum magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə və (və ya) elmi ad üstünlükdür); • ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə; • dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə üstünlükdür; • ən azı C1 səviyyəsində ingilis dili biliyi (digər xarici dil biliklərinin olması üstünlükdür); • dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması üstünlükdür; • innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı; • tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı; • yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları; • tədqiqatçılıq bacarığı; • davamlı peşəkar inkişafa maraq. Tələb olunan sənədlər: • tərcümeyi-hal; • ali təhsili təsdiq edən sənədlərin surəti; • dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa); • dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa); • Azərbaycan dilində müşayiətedici məktub (motivasiya – maksimum 500 söz); • tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər). İş qrafiki: Həftəlik 40 saatı əhatə edən tam ştat vəzifədir. Müəllimlərə həftəlik təxminən 24-28 saat auditoriya saatı veriləcək, qalan iş vaxtında isə tədrislə bağlı hazırlıq və digər təyin edilən fəaliyyətlərlə məşğul olmaları gözlənilir. Qeyd: Universitetdə daimi əsaslarla çalışan əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Rəqabətli əməkhaqqı təklif olunur. Müraciət üçün son tarix: 15 aprel 2024-cü il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “İngilis dili müəllimi” yazmaqla göndərməyiniz xahiş olunur. 💼💼💼💼💼💼 Qarabağ Universitetində vakansiya – proqram rəhbəri İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə “Qarabağ Universiteti” yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib. Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir. Vəzifə: proqram rəhbəri İşin təsviri: 1. müvafiq ixtisaslar üzrə fakültənin/məktəbin strukturuna dair təkliflərin hazırlanması; 2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması; 3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris planları və digər tədris sənədlərinin hazırlanmasında iştirak; 4. fakültənin/məktəbin profilinə uyğun olaraq professor-müəllim heyətinə olan tələblərin müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülməsi prosesinin təşkili; 5. fakültə/məktəb Elmi Şurasına sədrlik; 6. fakültə/məktəb Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor, dosent, baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik; 7. fakültədə/məktəbdə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili; 8. təhsil proqramlarının icrasına rəhbərlik; 9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət; 10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması; 11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili; 12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin görülməsi; 13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi. Qeyd: “Müvafiq ixtisaslar” dedikdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət və turizm ixtisasları başa düşülür. Tələblər: 1. elmi dərəcə və (və ya) elmi ad; 2. müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 il elmi-pedaqoji təcrübə; 3. ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır); 4. liderlik və idarəetmə bacarığı; 5. innovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə bacarığı; 6. tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı; 7. yüksək kommunikasiya bacarığı. Tələb olunan sənədlər: 1. tərcümeyi-hal; 2. ali təhsili təsdiq edən sənədlərin surəti; 3. dərc olunmuş elmi məqalələrin siyahısı; 4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı – maksimum 500 söz); 5. tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər). Qeyd: Universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar. Müraciət üçün son tarix: 15 mart 2024-cü il Elektron poçt ünvanı: [email protected]
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾ 📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣 Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗: 🟢WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz 🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup 🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az 🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az