Dövlət İmtahan Mərkəzində Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində sektor müdiri və Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) vəzifəsi üzrə vakansiyalar elan edilib. Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib. Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Ətraflı :
Vakansiyalar:
Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektoru
Mütəxəssis (ştatdankənar, 6 ay müddətinə)
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Struktur bölmə: Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektoru Vəzifənin adı: Mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) Vəzifə maaşı: 1396 Qulluq funksiyaları: • Rəhbərlik tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək; • Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət satınalmalarının həyata keçirilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə ilkin satınalma planını hazırlamaq, dövlət büdcəsi və büdcədənkənar gəlirlər və xərclər smetası təsdiq edildikdən sonra isə planda dəqiqləşdirmə apararaq dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmək; • Hesabat ili ərzində ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik haqqında qərar qəbul olunduqdan sonra bu barədə məlumatı dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmək; • Mərkəzin aidiyyəti struktur bölmələrindən daxil olan tələbatlar nəzərə alınmaqla satınalma sifarişlərini hazırlamaq və müvafiq satınalma prosedurunun keçirilməsi üçün tələb olunan işləri görmək; • Mərkəz üzrə satınalma prosedurlarını həyata keçirmək • Sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan ərizələrə, müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmanı təmin etmək; • Sektorun fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Təhsilə dair tələblər: Ali təhsil İş stajına dair tələb: Dövlət satınalmaları sahəsində 1 il iş stajı (elektron satınalma) Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, 1C ERP proqramlarında sərbəst işləmə bacarığı Dil biliklərinə dair tələblər: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dil biliyi üstünlükdür) Xüsusi tələblər:
- Yüksək səviyyədə mövcud qanunvericilik bilikləri;
- Güclü analitika, problemi təhlil etmə və təqdimat bacarığı;
- Müstəqil və komandada işləmə bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində " Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 31 mart 2024-cü il tarixinədək göndərə bilərlər. Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
💼💼💼💼💼💼💼
Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi
Sektor müdiri
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Struktur bölmə: Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektoru Vəzifənin adı: Sektor müdiri Qulluq funksiyaları:
- sektorda aparılan işlərin planlaşdırılması, yoxlanılması və işin gedişatının nəzarətdə saxlanılması
- layihələr və fərdi şəkildə işçilər üçün təhvil qrafiklərinin tərtib edilməsi
- müzakirələr və qrup şəklində işin təşkil edilməsi
- əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi
- psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsinin təşkil edilməsi
- psixoloji alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak
- statistik təhlilin aparılması və nəticələrinin psixoloji nöqteyi-nəzərindən izah edilməsi
- e-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi və ümumi gedişatının idarə olunması
- psixoloji xidmətlərin təbliği
- e-psixoloq.az səhifəsinə aid sosial şəbəkələr üçün materialların hazırlanması və aparılmasına nəzarət
- e-psixoloq.az səhifəsinə aid sosial şəbəkələr üçün materialların hazırlanması və aparılmasında iştirak
- psixoloji elmi və maarifləndirici materialların hazırlanması və yoxlanılması
- təlim və seminar proqramlarının hazırlanması və yoxlanılması
- psixoloji konsultasiya, təlim, diaqnostika və seminarların keçirilməsi
- müxtəlif yerli və beynəlxalq ekspertlərlə müvafiq sahələr üzrə əlaqələrin yaradılmasının təşkili və bu istiqamət üzrə fəaliyyətin davamına nəzarət edilməsi
- beynəlxalq və ölkədaxili tədbirlərdə və layihələrdə iştirak
- sektorun qurumdaxili digər departament, şöbə və sektorları ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsi
- təşkilat daxili digər struktur bölmələrinə müvafiq sahə üzrə dəstəyin göstərilməsi
- rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak
- müntəzəm hesabatların hazırlanması
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)
Təhsilə dair tələblər: psixologiya ixtisası üzrə ali təhsil İş stajına dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı Kompüter biliklərinə dair tələblər: MS Office, Google Drive, Google Docs, Google Forms, Jira software, SPSS və Jamovi proqramları (arzuolunandır), Scopus, E-library, Web of Science və s. elektron kitabxanalar Dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2 Xüsusi tələblər: idarəetmə bacarıqları, analitik düşünmə, planlaşdırma bacarığı, yaradıcılıq, çeviklik, stresədözümlülük, kommunikativ bacarıqlar, komanda və fərdi şəkildə işləmə bacarığı Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri" qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 27 mart 2024-cü il tarixinədək göndərə bilərlər. Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾ 📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣 Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗: 🟢WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz 🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup 🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az 🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az