Çərşənbə, 25 Mart, 2026

Stress Və Stressin İdarə Olunması


  • Dərc edildi: 1 Sentyabr, 2019 - 10:57
Stress Və Stressin İdarə Olunması

❕"Brain Design" şirkəti artıq daha bir silsilə təlimi ilə sizin xidmətinizdədir. "Binəqədi Gənclər Evi"ndə keçiriləcək dördüncü görüşümüzdə sizinlə uzman psixoloji konsultant, psixoterapevt Anar Babayevin təqdimatında " Stress və Stressin İdarə Olunması" mövzusu ilə birlikdə olacayıq. Yerlər məhdud sayda nəzərdə tutulduğundan qeydiyyatdan keçməyə tələsin. ✨ Təlim tam Ödənişsizdir və sizin inkişafınıza xidmət edir. "STRESS və STRESSİN İDARƏ OLUNMASI" Mövzu barədə: Bu günlərdə dünyamız və bizi çevrələyən ətraf mühit o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artmaqda davam edir. Sosial şəbəkələrdən, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan daim bilgi bombardmanı insanlara güclü təsir edir. Gözünün qabağında baş verən hadisələr isə onu hövsələdən çıxarır, güclü həyəcan keçirməyə, çıxış yolu axtarmağa, kimdənsə mənəvi yardım ummağa məcbur edir. Bəs bütün bu proseslərin nəticəsi kimi yaranan stress nə üçün var, nəyə xidmət edir? bütün bu və digər suallara 1 sentyabr tarixində Anar Babayevin təqdimatında sizlərlə cavab tapacayıq.. Təlimdə toxunulacaq mövzular: - Stress nədir? - Stress bizə necə təsir edir? - Stressin bioloji və psixoloji səbəbləri - Stressi idarə etmə yolları və ya stressi necə idarə etməli ️ Spiker: ANAR BABAYEV Spiker haqqında: Uzman Psixoloq / Psixoterapevt 1986-cı ildə Bakı şəhərində anadan olub. 2009-2013- cü illər arasında Ankara Universitetinin Təhsildə Psixoloji Xidmətlər fakültəsinin “Psikolojik Danışma ve Rehberlik” ixtisası üzrə təhsil alıb. Daha sonra 2013-2016- cı illər arasında eyni universitetdə eyni ixtisas üzrə magistr dərəcəsi alıb. Əsas ixtisaslaşma sahəsi "bütün yaş qruplarında olan insanlarla bərabər, uşaqlıq illərindən başlayaraq bir insanın həyat boyu inkişaf və karyera hədəflərində onlara necə dəstək verilir" mövzusu üzərində olmuşdur. Təhsil həyatı boyunca bir çox seminar və konfranslarda iştirak edərək öz sahəsində ixtisaslaşmışdır.

Türkiyədə olduğu müddətdə öz sahəsi üzrə 3 illik iş təcrübəsinə malik olub. İştirak etdiyi bəzi seminar ve konfranslar: - Yeniyetmələrdə psixososyal inkişaf və psixoloji sağlamlıq - 2011 - Cinsi sağlamlıq mövzusunda təlim - 2012 - Duyğusal zəka: həyata uyğunlaşma açarı - 2012 - Cinsiyyət və romantik əlaqələr - 2012 - Ailədə psixososial xidmətlər - 2013 - Özəl müəssisələrdə psixoloji xidmət - 2014 - Beyin çalışmalarının psixoterapiya sahəsinə təsiri - 2015 - Uşaq istismarı ve flört istismarı - 2016 Təlimdə iştirak ÖDƏNİŞSİZDİR. ❕Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.. Qeydiyyat linki; https://forms.gle/Xgke3qBERxBYT2pz5 Ünvan: Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi,13/37 Əlaqə nömrələri: +994556826244 +994775334186 Mail ünvanı: [email protected] Website: www.braindesign.az Facebook: https://www.facebook.com/braindesign.az/ İnstagram: https://instagram.com/braindesign.az?igshid=1ug2mwkh001li

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 158
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 292
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 57
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1060
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 292
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 537
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 158
VI Azərbaycan Astron...