Çərşənbə, 25 Mart, 2026

“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib


  • Dərc edildi: 21 Yanvar, 2019 - 18:52
“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib

19 yanvar 2019 – cu il tarixində Bakı şəhəri Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib.

Layihənin açılış mərasimində Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev və “BELC” təhsil kompleksinin direktoru Xalidşah Səlimov iştirak etmişdir.

İlk növbədə qonaqları və iştirakçıları salamlayan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev qeyd etmişdir ki, layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Sonra çıxış üçün söz qonaqlara verildi.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva və Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etmişdir. Onlar Bakı Nəqliyyat Agentliyinin keçirdiyi yeni layihələr və görülən işlər barəsində iştirakçıları məlumatlandırmış və onların suallarını cavablandırmışdır. Layihə iştirakçılarına Bakı Nəqliyyat Agentliyi tərəfindən hədiyyələr təqdim olunmuşur.

Sonda söz “BELC” təhsil kompleksinin direktoru və eyni zamanda “Təhlükəsiz yol, yaxşı yol” təlimçisi Xalidşah Səlimov çıxış edərək, layihədə nəzərdə tutulan dərs proqramı haqqında iştirakçıları məlumatlandıraraq, onlara uğurlar arzu etdi.

Qeyd edək ki, bir ay müddətində davam edəcək layihədə təcrübəli ekspert və təlimçilər tərəfindən 50-yə yaxın gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 165
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 296
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 57
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1060
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 292
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 537
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 159
VI Azərbaycan Astron...