Bazar ertəsi, 9 Mart, 2026

19 Nazirliyinin yanında fəaliyyət göstərən şura yeni işçilər axtarır


  • Dərc edildi: 30 Yanvar, 2018 - 22:07
19 Nazirliyinin yanında fəaliyyət göstərən şura yeni işçilər axtarır

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.   Xidmətlərin təsviri:   İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: Azərbaycan dili (tədris dili) Həyat bilgisi Познание мира Технология Изобразительное искусство Музыка Русский язык (язык обучения) Русский язык (иностранный язык) Riyaziyyat Математика Информатика   Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: 1. Математика 2. Информатика 3. История Азербайджана 4. Всеобщая история 5. Познание мира 6. Физика 7. Химия 8. География 9. Биология 10. Физическое воспитание 11. Технология 12. Изобразительное искусство 13. Музыка 14. Допризывная подготовка   Namizədlərə veril

>ən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.   Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.01.2018-ci il tarixədək [email protected] elektron poçtuna göndərə bilər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: [email protected]   Avtobioqrafiya (CV) formatı

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 945
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 351
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 254
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 473
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 123
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 357
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 455
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 546
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 687
Qarabağda iş imkanla...