Bazar, 27 Sentyabr, 2026

Təqaüdlü və İşlə təmin edən İnformasiya Sistemləri istiqaməti üzrə peşə hazırlığı kursu


  • Dərc edildi: 17 İyun, 2022 - 14:57
Təqaüdlü və İşlə təmin edən İnformasiya Sistemləri istiqaməti üzrə peşə hazırlığı kursu

İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “4MAPS Academy” ilə birgə əməkdaşlıq çərçivəsində müasir əmək bazarının tələblərini nəzərə alaraq informasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır. İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə kurs müddəti ərzində Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən Coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, ş
əhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək. 3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 3 dəfə, 2 saat olmaqla bütün mövzuları əhatə edəcək şəkildə tədris olunacaq. Kurs müddəti ərzində tədris türk dilində olacaq. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, kursu müvəffəqiyyətlə bitirən şəxslərin ”4MAPS Bilgi Teknolojileri” MMC-də məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. Qeyd edilən istiqamət üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 149
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 748
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 266
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 445
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 520
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 649
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 611
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 1023
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 849
Təcrübə proqramları ...