Bazar ertəsi, 19 Oktyabr, 2026

Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi keçiriləcək


  • Dərc edildi: 17 İyun, 2022 - 08:53
Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi keçiriləcək

23-26 iyun tarixlərində Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi keçiriləcək. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından verilən məlumata görə, dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-in post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtı Bakı şəhərində salamlayacaq. Bu möhtəşəm görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə min

lərlə B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək. Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir. Sərgidə ziyarətçi qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı vebsayta daxil ola bilər. Sərgidə iştirak ödənişsizdir! https://hestourexazerbaycan.com/en/visitor/

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 53
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 85
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 265
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 963
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 344
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 523
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 610
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 742
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 684
“Biologiyanın intera...