Çərşənbə, 28 Oktyabr, 2026

Türkiyəyə təhsil almağa gedən tələbələrimizin başına gələn problemlər!


  • Dərc edildi: 1 May, 2018 - 12:09
Türkiyəyə təhsil almağa gedən tələbələrimizin başına gələn problemlər!

Türkiyəyə təhsil almaq üçün həmvətənlərimizin ən çox üz tutduğu ölkələr arasındadır. İstər qardaş ölkə olması, universitetlərin illik təhsil haqqların ucuz olması, oxuduğu müddətdə eyni zamanda geniş iş imkanları və dilimizin yaxınlığı məhz azərbaycanlı tələbələri cəlb edir. Tələbələr getdikləri zaman bəzən problemlərlə qarşılaşırlar bunlardan vacibi də getdikləri ölkədə yaşayış icazəsinin alınmasıdı. Bu icazə alınarkən tələbə adını qazanan həmvətənlərimizin hər hansı bir sənədində xırda da olsa, yanlışlıq varsa, ləğv olunur və sənədlərin əsli yenidən tələb olunur. Uzun vaxt alan və biraz da qəliz olan bu prosesdən kəsilənləri "məsələni həll etmək" üçün işbazlar neçə illərdi aldadır. Bu prosesin yeni tədris müddəti və əvvəlində xüsusilə yay aylarında da təkrarlanacağını təəssüflər olsun ki, baş verəcək. Bəs, bu problemi necə həll etmək olar? Məsələ ilə bağlı İnternet media və xaricdə təhsil eksperti Mikayıl Mirzəzadə bildirir ki, Azərbaycandan Türkiyəyə hər il təxminən, 7500- dən çox abituriyent və tələbə təhsil almaq üçün gedir: "Gedən həmvətənlərimizin ölkədə daimi qeydiyyata düşməsi həqiqətən ciddi problemlərdəndi. Getdiyi gündən 28 gün ərzində müraciət etmədiyi halda qeydiyyatda olmadığı zaman hər hansı bir Polis və Gömrük orqanları əməkdaşlarının yoxlanışı zamanı yanlış və əksik sənədlər olduğu zaman tələbə ölkədən 5 illik xaric olunur və cərimə olunur.

Ən yaxşı halda, hər əlavə günə görə uyğun cərimə hesablanır və yenidən qeydiyyatdan keçmək üçün Köç idarəsinə yönləndirilirlər. Bəzilərinin orda qohumları və tanıdıqları olduğu üçün, onların təcrübəsi olduğu üçün onlar kömək edir, olmayanlar isə ya özləri diqqətlə öyrənərək və ya getmədən öncə peşəkar mütəxəsislərlə danışaraq proseduru öyrənir. Ekspert deyir ki, İmtina cavabı alan bir çox tələbə kömək üçün onlara müraciət edir: "Təəssüf ki sonradan müraciət edənlər bəzi işbazların əlinə düşmüş və xeyli pul itirmiş olurlar. Azərbaycanın Türkiyənin İstanbul, İzmit, Adana, Ankara, Antalya, Balıkesir, Çanakkale, Kocaeli, Edirne, Eskişehir, Gebze, Amasya, İzmir, Kars, Kahramanmaraş, və Yalova şəhərlərində diasporaları mövcuddur, lakin onlardan bir çoxu istər bu məsələlərə, istər tələbə və digər türkiyədə yaşayan həmvətənlərimizin problemlərinə etinasız yanaşırlar. Hətta çoxu diasporalarımızın harada yerləşdirdiyini və hansı fəaliyyətlə məşqul olduğunu bilmir. Bu məsələ sadə və əsassız deyil, çünki əgər tələbə ölkədən xaric olarsa, eyni zamanda təhsil fəaliyəti də artıq ləğv olunur. Diasporalarımızı öz ofislərindən kənara - həmvətənlərimizin problemlərinə yaxın olmağa səsləyirəm". Yeni komitə rəhbəri Fuad Muradovun belə mühüm məsələlərə diqqət yetirəcəyini və ölkəmizi xaricdə yetəri qədər savadlı və bacarıqla işləyən kadrlarla əvəzləyəcəyinə inanırıq. Faktor.az

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 110
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 135
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 313
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1054
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 380
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 563
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 659
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 779
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 727
“Biologiyanın intera...