Cümə axşamı, 26 Mart, 2026

“Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib


  • Dərc edildi: 12 Fevral, 2020 - 19:15
“Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 11 Fevral 2020-ci il tarixdə Lənkəran Şəhər Gənclər Evində Gənclər Fondunun 13- qrant müsabiqəsinin qalibi olmuş “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsi çərçivəsində təlim kursu keçirilib.Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, layihə rəhbəri Nilufər Mahmudzadə, Layihənin koordinatoru Elbəy Fətəliyev, Lənkəran Peşə Liseyi və müxtəlif təhsil müəssisələrində təhsil alan 33 nəfər ictimai-fəal gənc iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə tədbir iştirakçılarını idarə adından salamlayaraq bildirdi ki, 2020-ci il ölkədə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan olunub.O, həmçinin çıxışında gənclər üçün həyata keçirilən təlim və seminarların onların fərdi inkişafında rolundan danışaraq bildirdi ki, belə bir layihənin həyata keçirilməsi rayonda könüllülük hərəkatının inkişafına təkan verəcəkdir. Daha sonra çıxış edən Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verməklə layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə könüllülük hərəkatının daha geniş platformalarda təbliğ etmək olduğunu bildirdi. O həmçinin bildirdi ki, 2020-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması layihənin uğurlu gedişatına bir daha töhvə vermişdir.Daha sonra çıxış edən layihənin koordinatoru Elbəy Fətə

liyev bildirdi ki, könüllülük hərəkatında gənclərin yaxından iştirak etməsi onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan olduqca əhəmiyyətlidir.Elbəy Fətəliyev həmçinin gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyyə etdi. Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırdı. Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək,layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq,gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir. Təlimdə iştirak edən iştirakçılar sertifikatlarla təltif olunmuşdur.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 176
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 338
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 60
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 59
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 515
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 296
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 541
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...