Çərşənbə axşamı, 7 Aprel, 2026

Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək


  • Dərc edildi: 11 Fevral, 2019 - 23:30
Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi  keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-ci il fevral ayının 15-də saat 16:00-da Muzey Mərkəzində Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcəkdir. Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakı şəhərində anadan olumuşdur. O, 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "Rəssamlıq" fakültəsini bitirmişdir. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışmışdır. Rəssam “Danışan işıqlar”, “Xeyir və Şər", “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olan Rafis İsmayılov “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və

başqa kitablara illüstrasiyalar işləmişdir. Rəssam atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir. O, 1970-2007-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehal olunmuş 25 bədii filmdə quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir. Rafis İsmayılov 2003-2005-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat vermişdir. Rəssamın 2008-ci ildə “Şərqdən-Şərqə” adlı sərgisi keçirilmişdir. O, 1978-ci ildə "Azərbaycan Dövlət mükafatı", 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür. Rafis İsmayılov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-cı ildən Azərbaycan kinematoqrafiyaçılar İttifaqının üzvü olmuşdur. Rafis İsmayılova 2000-ci ildə "Azərbaycanın Xalq rəssamı" fəxri adı verilmişdir. Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı-ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 11
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 12
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 275
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 448
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 101
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 99
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1148
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 603
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 335
Məktəblilər üçün "FI...