Çərşənbə, 1 Aprel, 2026

“Yaradıcı Gənc Əllər” - Sərgi-tədbir


  • Dərc edildi: 15 Fevral, 2019 - 01:57
“Yaradıcı Gənc Əllər” - Sərgi-tədbir

YARADICI GƏNC ƏLLƏR “Yaradıcı Gənc Əllər” adlandırılan sərgi-tədbir Gənclər Fondu və Xətai Sənət Mərkəzinin dəstəyi , o cümlədən Nigar Yusupovanın təşkilatçılığı ilə 2019-cu il 2 Mart saat 12:00-da Xətai Sənət Mərkəzində tamaşaçıların üzünə açılacaq. Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır. Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq. Sərgidə 20-dən artıq gəncin əl işləri və rəsmləri nümayiş etdiriləcək. Bundan əlavə Cənubi Koreyaya aid bəzək əşyaları, jurnallardan ibarət guşə, Cənubi Koreyanın mi

lli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulmuşdur. Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkə - Cənubi Koreya mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqdır. Nəzərinizə çatdırırıq ki, 2015-ci ildə Xətai Sənət Mərkəzində keçirilən “Koreya sevərlər” rəsm sərgisi, 2016-2017-ci illərdə keçirilən mədəniyyət tədbirləri böyük marağa səbəb olmuşdur. Sərgidə istedadlı gənclərin royal və skripkada ifaları da baş tutacaq. Dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşır. İncəsənət dünyasında da bir sıra yeni dəst-xətlər yaranır. Azərbaycan rəssamlığı , incəsənəti də zamanın bütün dövrlərində dünya mədəniyyətinə öz tövhəsini vermişdir. Əminik ki, “Yaradıcı Gənc Əllər” tədbiri, müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət edəcəkdir.  

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 234
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 404
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 85
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 79
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1113
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 569
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 568
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 174
VI Azərbaycan Astron...