Cümə, 10 Oktyabr, 2025

“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO


  • Dərc edildi: 27 Avqust, 2025 - 09:56
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində 23 və 24 avqust 2025-ci il tarixində Astara və Lənkəran rayonunda kənd yaşıl turizm fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatları və bu turizm növü üzrə dəyər zənciri aktorlarının fəaliyyət göstərdikləri məkanlara 2 günlük infotur təşkil edilib. İnfoturda turizm şirkətləri, KİV, QHT nümayəndələri və bir çox aktiv sosial şəbəkə istifadəçilərindən ibarət ümumilikdə 20 nəfər  iştirak edib.

 

Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib. O, layihənin hədəflərini diqqətə çatdırılıb və infotur iştirakçılarının üzərinə bu layihədə düşən öhdəlikləri vurğulayıb. Tanışlıq görüşü zamanı iştirakçıların fikir, təklif  və gözləntiləri dinlənildikdən sonra Astara rayonun Sım kəndindən infotur proqramına start verilib. İştirakçılar 2 günlük infotur müddətində Astara rayonun Sım kəndində evlərini turistlərə günlük kirayə verən və fəaliyyəti çərçivəsində turistlərə xidmət göstərən şəxslərdən biri Pərviz Salayevlə görüşüb. Ev sahibi iştirakçılara fəaliyyəti barədə geniş məlumatlar verib və təcrübəsini bölüşüb. Rayonun Miki kəndində isə infotur iştirakçıları kənd yaşıl turizm dəyər zəncirinə daxil olan heyvandarlıq, quşçuluq, sitrus meyvəçiliyi, arıçılıq və s fəaliyyətləri özündə birləşdirən Pərviz Nəzirovun kənd təsərrüfatı sahəsində olub, təsərrüfat sahibindən və Astara Arıçılar Cəmiyyətinin sədri Sərxan Nəzərovdan fəaliyyətləri barədə müxtəlif məlumatlar alıb. Hər iki marşrut üzrə iştirakçılar təbii kənd məhsullarından istifadə etməklə bu potensialın kəndlərdə mümkünlüyünə şahid olublar.

 

Növbəti gün İnfotur iştirakçıları Lənkəran rayonun Talışlı kəndində Eynulla Calalovun bambuk təsərrüfatına səfər edib, bambukdan hazırlanmış əl işləri ilə tanış olub, təsərrüfat sahibindən müvafiq məlumatları aldıqdan sonra suvenir alışı edib özlərinin yüksək təsüratlarını bölüşüblər. Qrup Hirakan Milli Parkı, Xanbulan gölünə səfər edib əsrarəngiz təbiət mənzərəsi ilə tanış olduqdan sonra Lənkəran rayonun Osakücə kəndində Mahir Həsənovun turistlərə gündəlik kirayə verdiyi evdə olub şəraiti ilə tanış olduqdan sonra kənd turizminin qurulması üçün əlavə təklif və tövsiyyələr veriblər. Yekunda iştirakçılar rayonun İstisu qəsəbəsində yerləşən göl mənzərəli təbiətlə kənd həyatının birgə vəhdətini özündə biləşdirən Montrey Parka səfər edib və bununla infotura yekun vurulub.


Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd turizmi potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.

 

İnfoturla bağlı bütün fotolara və videolara bu linklərdən baxa bilərsiniz:

FOTOLAR

VİDEOLAR

Ən Son Məqalələr

 Yeni Məzunlar Üçün İş Axtarışında Addım-Addım Bələdçi (2025)
06 Oktyabr, 2025 - 01:51 25
Yeni Məzunlar Üçün ...
Karyeraya Başlamağın Ən Yaxşı Yolu: Təcrübəmi, Yoxsa Birbaşa İşmi Seçmək?
30 Sentyabr, 2025 - 02:29 44
Karyeraya Başlamağın...
Abituriyentlərin nəzərinə:  Universitetlərə qəbul imtahanlarının ikinci mərhələsinin proqramları bunlar olacaq
28 Sentyabr, 2025 - 07:19 92
Abituriyentlərin nəz...
Şagirdlərin nəzərinə: Buraxılış imtahanlarının proqramları belə olacaq
28 Sentyabr, 2025 - 02:54 96
Şagirdlərin nəzərinə...
Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı
24 Sentyabr, 2025 - 08:50 2344
Azərbaycanda Turizm ...
"Onlayn Layihə yazılışı" Təliminə Qeydiyyat!
16 Sentyabr, 2025 - 07:03 139
"Onlayn Layihə yazıl...