Çərşənbə, 26 Noyabr, 2025
Reklam

“YURDUMUZA BAHAR GƏLİR” - Müsabiqənin yekun sərgisi


  • Dərc edildi: 10 Mart, 2018 - 00:32
“YURDUMUZA BAHAR GƏLİR” - Müsabiqənin yekun sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytı və “Olaylar” İnformasiya Agentliyi və Edumap.az Təhsil Portalının informasiya dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir.

Müsabiqənin yekun sərgisi 15 mart 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsidən ibarətdir.

Reklam

Müsabiqəyə 750-yə yaxın uşaq, 1600-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 140-a yaxın uşağın, 150-yə qədər işinin nümayişi nəzərdə tutulur.

Müsabiqədə Bakı, Sumqayıt, Balakən, Masallı, Xırdalan, Şamaxı, Gəncə, Göyçay, Lənkəran, Ağdam, Qax, Hacqabul, Şəki, bölgələrinin məktəbliləri, o cümlədən,Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi, 1 nömrəli UGİM Təsviri Sənət Qalereyası, 2 nömrəli UGİM Təsviri Sənət Qalereyası və Gənc rəssamlar dərnəyi, 3 nömrəli UİM, 4 nömrəli UİM, 5 nömrəli UİM, Art Baku house, Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi, Даша следопыт uşaq bağçası, Konfirm MMC rəssamlıq dərnəyi, Şəki şəhər UİM, Uğur təhsil mərkəzi, Hacıqabul UGİM, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Təsviri sənət Qalereyaı, Laləm art studiya, Göyərçin rəsm kursları, Şabran UGİM, Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbi, Q.Qarayev adına MİM, Balakən Rayon Humanitar və Texniki Təmayüllü lisey, AAAF-park Uşaq Akademiyası hazırlıq kursları, Zığ qəsəbə Mədəniyyət evinin rəssamlıq kursu, Pozitiv kids studiya,Kairos tədris mərkəzi, Sumqayıt şəhəri Bülbül adına UİM, Panda School Baku, Gunxan art studiya, Elif tədris mərkəzi, Əsra tədris mərkəzi, Zəngin tədris mərkəzi, Gəncə şəhər UİM, Maştağa Mədəniyyət Mərkəzi Rəsm Kursu, Baku Avropa Liseyi, İdeal korreksiya və inkişaf mərkəzi, Lənkəran rayon S.Kazımbəyov adına 6 saylı məktəb, Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası başqa kollektivlərxüsusi fəallıq göstərmişlər.

Ən Son Məqalələr

Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 376
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 142
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 128
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 469
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 501
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 124
Tusi-Bohm Planetariu...