Şənbə, 2 May, 2026

Zəka fırtınası - Proqramlaşdırma Təlimləri


  • Dərc edildi: 21 Fevral, 2018 - 19:44
Zəka fırtınası - Proqramlaşdırma Təlimləri

Əziz gənclər! Əgər sizi “Proqramlaşdırma nədir?”, “Dünya üzrə hansı proqramlaşdırma dilləri mövcuddur?”, "Proqramlaşdırma ilə bağlı müasir mövqelər necədir?" kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək "Zəka fırtınası" adlı proqramlaşdırma təlimlərinə dəvət edirik. Layihə çərçivəsində iştirakçılar gənc peşəkar təlimçilərin dəstəyi ilə proqramlaşdırma, alqoritmik düşüncə, müxtəlif proqramlaşdırma dilləri arasındakı fərqlər və s ilə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər. Layihə 25.02.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir. Təlimin mövzusu və təlimçi haqqında ətraf

lı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq. Layihədə ixtisasından asılı olmayaraq proqramlaşdırmaya marağı olan bütün tələbələr və yuxari sinif şagirdləri iştirak edə bilər. Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər: 1. Ad, soyad, ata adını 2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını 3. İxtisasını (varsa) 4. Əlaqə nömrəsini (mobil) 5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə) Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur. Qeydiyyat üçün son tarix: 23 fevral, saat 23:59-dur. Təlimlərdə iştirak ödənişsizdir. Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır. Layihə rəhbəri: Həbib Sadıqlı Əlaqə üçün: [email protected] Tərtibatçı-dizayner: Pakizə Paşayeva

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 50
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 108
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 105
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 95
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 350
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 553
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 170
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 164
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1269
SOCAR-ın Sumqayıt və...