Turizmçilər üçün şirniyyat evinə və yeni açılan mola infotur təşkil edilib


 İçərişəhərdə yerləşən "Sheker Bura" şirniyyat mərkəzinə və Babək prospektində yerləşən "City Park Mall" ticarət mərkəzinə infotur təşkil edilib.

Turizm şirkətlərinin və media nümayəndələrinin iştirak etdiyi tədbir turizm eksperti Əziz Şiriyevin təşkilatçılığı ilə reallaşdırılıb.

Turizm nümayəndələri ilk öncə İçərişəhərdə yerləşən "Sheker Bura" şirniyyat mərkəzi ilə tanış olublar. Canlı ifa olunan milli musiqilərlə qarşılanan turizmçilər şirniyyat mərkəzinin ləziz təamlarından dadaraq mərkəzin fəaliyyəti haqqında təşkilatçılar tərəfindən məlumat alıblar.
Mərkəzin rəhbəri Mahmudova Narina və mağazanın idarəçisi Bayramli Zaur iştirakçıları qonaqpərvərliklə qarşılayıb, suallarını cavablandırıblar.


Qeyd edək ki, "Sheker Bura Sweet & Honey House"  ilk növbədə milli ruhumuzu adət ən -ənənələrimizi ölkəmizə gələn qonaqlara təqdim etmək, nadir gözəllilkdə olan milli musqimizlə onları tanış etmək məqsədi ilə qurulmuş şirniyyat və bal  evidir.

Məhsulların yüksək keyfiyyətdə olmasına xüsusi diqqət yetirilir,  yüksək standartlara uyğun seçilmiş ərzaqlar istifadə olunur, bir sözlə, tam orqanikdir. Satışda olan balın keyfiyyətinə isə laborotoriya testləri zəmanət verir.

Buraya qonaqlar həm alış-veriş etməyə həmdə canli musiqi dinləyib mənəvi istirahət etməyə gəlirlər. Bele ki  mağazaya girən hər bir müştəriyə çay verilir ( milli çay növlərindən) və seçdiyi istənilən ərzağın dadına baxmağı təklif olunur.

Mağaza İçərişəhərdə Şirvanşahlar Sarayının yaxinlığında 10-cu Kiçik Qalal küşəsi ev 3 ünvaninda yerləşir.  İş saatlari hər gün 09:30-dan 23:00-ə dək fəaliyyət göstərir, hər gün 15:00-dan  22:00-dək isə canlı milli musiqi ifa olunur.

İnfoturun iştirakçıları turun davamında Bakı Ağ Şəhərdə yerləşən "City Park Mall" ticarət mərkəzi ilə tanış olublar. Təşkilatçılar tərəfindən ətraflı məlumat verilib və turizmçilər mərkəzdə yerləşən ticarət, iaşə, uşaq və əyləncə bölmələri ilə əyani tanış olublar. Ticarət mərkəzinin marketinq şöbə rəhbəri Kamilə Məhərrəmova turizmçiləri qonaqpərvərliklə qarşılayıb, onları məlumatlandıraraq, suallarının cavablandırılmasında yardımçı olub.

Qeyd edək ki, Bakı Ağ Şəhərdə, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən “City Park Mall” qonaqlarına rahat alış-veriş imkanı yaradır.

Şəhərin yeni cazibə mərkəzi “City Park Mall”da uşaqdan böyüyə hər kəsin zövqünü oxşayacaq brend mağazalar, geniş uşaq əyləncə mərkəzi, boulinq və bilyard otağı, boulinq zalında uşaqlar üçün xüsusi hazırlanmış yüngül toplar, supermarket, tanınmış kafe və restoranlar, açıq terraslar, həmçinin iki mərtəbədən ibarət, 3  saat ödənişsiz olan parkinq mövcuddur. 
İnfotur iştirakçıları sonda "City Park Mall"da yerləşən "Meat & Salad" restoranı ilə tanış olublar.  Ləziz təamlardan ibarət süfrə arxasında əyləşərək  restoranın fəaliyyəti barədə ətraflı məlumat alıblar. Restoran rəhbəri Vüqar Əbdüləzimov və restoran meneceri Nicat Musayev turizm nümayəndələri ilə səmimi söhbət edərək, qonaqpərvərliklərini göstərib, restoranın gələcək fəaliyyəti barədə də məlumatlar veriblər.
Qeyd ediblər ki, “City Park Mall”da yerləşən Meat & Salad restoranı hər zaman müştəri məmnuniyyəti üzərində işini qurmağı məqsəd bilib və o məqsəd üçün çalışır. Restoranda hər həftə dəyərli müştərilər müxtəlif aksiya və endirimlərdən istifadə edirlər, bu hər keçən həftədə daha da təkmilləşir və inkişaf etdirilir. 
Restoranda gündəlik şirkət işçiləri üçün günorta saat 12:00 - 16:00 arası "business lunch" vaxtı da təşkil edilir.  Ətləri ləziz, ləzzətli və təzədir. Ət məhsulları ( quzu və dana ətləri ) Ağcabədinin Avşar kəndindən gətirilir və əmlik quzular standartıdır, təchizatçı standartın kənarına çıxan an həmin məhsul təzhicatçıya geri qaytarılır. 
İstifadə etdikləri parmezan pendirin 18 yaşı var və Grana Padano şirkətinin məhsuludur. Parmezan pendirinin xüsusiyyəti şərab kimidir, nə qədər çox qalsa bir o qədər dadlı olur. 
Bundan əlavə, makaronları “Barilla” markasının  makaronlarıdır. Spesial ( 3lü set makaron, izqara, salat) və ya porsiyon makaronlarda istifadə olunur. Əsasən makaronun 3 növündən istifadə edilir: Alfredo Fettuçino, Penne (bildiyimiz lapşa ), Taglitelli.

Salatları əsasən yaşıllıqdan, o cümlədən ət və toyuqdan ibarət olur. Salatların ət və toyuq hissəsi manqalda hazırlanıb salatlara qatılır. Hətta sezar salatının tərkibindəki toyuq əti də manqalda hazırlanır. Sendiviçlər hamısı manqalda hazırlanandan sonra çörək arasına yerləşdirilir.

Uşaq menyusunda kombo burger setləri də var, burda da burgerlər izqarada hazırlanır. Bundan əlavə, naqets setləri də var, ayrıca tək kartof fridə satışda olur, o cümlədən uşaq menyusunda barmaq köftə seti də olur.

Kabablar porsiyon - porsiyon da satışda olur, yanında məzələri ilə birlikdə əlavə kabab setləri də olur. Sesial ( speyşıllar ) ana yeməkləridir, buna üçlü set də deyilir, makaron, salat, ət və toyuq hissəsindən ibarət olur və tam doyumculdur.

Ləziz yeməklərin hər birindən dadmaq üçün “Meat & Salad” restoranına baş çəkə bilərsiniz.

İnfoturla bağlı şəkillərə və videolara bu linklərdən baxa bilərsiniz:

  1. VİDEO

VİDEO-1, VİDEO-2

 

İnfoturla bağlı şəkillərə bu linkdən baxa bilərsiniz: Fotolar 


Paylaş