Dövlət Turizm Agentliyi fevralın 3-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.
Müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.
Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə əlli min manatdan çox olmamalıdır.
Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak etmək hüququna sahibdirlər.
Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə 3 mart 2025-ci il, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Dövlət Turizm Agentliyi (bundan sonra Agentlik) ölkəmizdə turizm potensialı yüksək
olan kəndlərdə turizm infrastrukturunun inkişafı, regional turizmin təşviqi və prioritet
bazarlar üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə layihələrin qrant
maliyyələşdirilməsini həyata keçirir.
Agentlik qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı
məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur.
Diqqət : “Qrant humanitar, sosial, ekoloji, informasiya, nəşriyyat və s. sahələrdə elm,
tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən
digər proqramları hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulmuş qaydada
göstərilən yardımdır. Qrant formasında verilmiş maddi yardımdan birbaşa mənfəət əldə
etmək üçün istifadə edilməsi qadağandır.”
Ətraflı: “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu.
Mövzular:
1. “Turistik kənd”lərdə* turizm infrastrukturunun yaxşılaşdırılması və turizm nümayiş
obyektlərinin inkişaf etdirilməsi;
2. “Turistik kənd”lərdə tullantıların idarəedilməsinə infrastruktur dəstəyi, ətraf mühitə
mənfi təsirlərin azaldılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi;
3. “Turistik kənd”lərdə turizm yönümlü fəaliyyətlərdə qadın və ya gənclərin dəstəklənməsi;
4. “Turistik kənd”lərdə yeni turizm təcrübələrinin və məhsullarının yaradılması.
* “Turistik kənd”lər dedikdə, Qəbələ rayonu Duruca kəndi, İsmayıllı rayonu İvanovka kəndi, Lerik
rayonu Bibiyani kəndi, Quba rayonu Qrız kəndi və Astara rayonu Sım kəndi nəzərdə tutulur.
İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz: https://t.ly/WTbWh
◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔘 Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az