Bazar, 8 Fevral, 2026

DİM 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək


  • Dərc edildi: 16 Oktyabr, 2018 - 08:56
DİM 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı
modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı
keçirəcək
Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3
imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si
qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə
cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan
tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama,
seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə
tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab
kartları şagirdlərdən təhvil alınır.
Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək
aparılacaqdır.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay,
Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində
“Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak
üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait
əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi
kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana
buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri
seçilir. Daha sonra şəxsiyyəti təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz
bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana
buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq
imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda
topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız
abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında
həyata keçirilir.Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin
surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər
imtahana buraxılmır.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 134
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 276
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 35
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 198
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 292
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 390
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 500
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 359
Ted1.az saytı SATILI...