Bazar, 8 Fevral, 2026

Test tərtibçilərinin nəzərinə! - Test sualları düzəlt və pul qazan!


  • Dərc edildi: 15 Oktyabr, 2018 - 12:03
Test tərtibçilərinin nəzərinə! - Test sualları düzəlt və pul qazan!

DİM tərəfindən keçirilən yekun qiymətləndirmə (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarına daxil olan fənlər üzrə qapalı və açıq tipli, eləcə də mətn və situasiya əsasında test tapşırıqları hazırlamaq istəyən şəxslər yazdıqları mətnləri və test tapşırıqlarını [email protected] mail ünvanına göndərə bilərlər
08.10.18 13:44
İlk dəfə test tapşırığı hazırlayan şəxslər özləri haqda məlumatı aşağıdakı formaya daxil edərək yuxarıda göstərilən mail ünvanına göndərməlidirlər. Yekun qiymətləndirmə (buraxılış) imtahanının proqramına daxil olan fənlər: Tədris dili (Azərbaycan dili, rus dili) Tədris dilindən bədii və ya publisistik məzmunlu 280-310 sözdən ibarət mətn əsasında 10 test tapşırığı hazırlanmalıdır. Test tapşırıqlarının 5-i qapalı, 5-i isə açıq tipli olmalıdır. Nümunə mətn Riyaziyyat Riyaziyyat fənnindən hazırlanacaq test tapşırıqları açıq tipli olmalıdır. Müəlliflər test tapşırıqlarının həllini tam şəkildə göstərməlidirlər. Test tapşırığı nümunələri Xarici dillər (ingilis, alman, fransız, rus, ərəb, fars) Xarici dil fənnindən bədii və ya publisistik məzmunlu 120-140 sözdən ibarət mətn əsasında 8 test tapşırığı hazırlanmalıdır. Test tapşırıqlarının 4-ü qapalı, 4-ü isə açıq tipli olmalıdır. Nümunə mətn Qəbul imtahanlarının proqramına daxil olan fənlər Azərbaycan dili (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Ədəbiyyat (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Rus dili (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Rus ədəbiyyatı (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Riyaziyyat (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Fizika (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Kimya (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Biologiya (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Tarix (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Coğrafiya (test tapşırığı nümunələri: açıq, qapalı və situasiya) Hazırlanan qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları aşağıdakı tələblərə uyğun olmalıdır: Test tapşırıqları hazırda orta ümumtəhsil məktəblərində tədris olunan təhsil proqramında (kurikulumda) yer alan və müvafiq fənnin təlim nəticələrində əks olunan bilik və bacarıqların yoxlanılmasına xidmət etməlidir. Çox bəsit və faktoloji bilikləri yoxlayan test tapşırıqları qəbul edilməyəcəkdir; Test tapşırıqlarının mövzusu qəbul proqramı və dərsliklər çərçivəsindən kənara çıxmamalıdır;
  • Test tapşırıqları analoqları ilə birlikdə yazılıb təqdim edilməlidir;
  • Şərt qısa, dəqiq, aydın və birmənalı olmalıdır;
  • Doğru cavablar dəqiq və birmənalı olmalıdır;
  • Testlərin həlli böyük həcmli hesablama tələb etməməlidir;
  • Qapalı tipli test tapşırıqlarında düzgün olmayan cavablar məntiqi cəhətdən əsaslandırılmalı və düzgün cavaba yaxın olmalıdır;
  • Hər bir tapşırığın şərh hissəsində onun aid olduğu mövzu və bu mövzunun hansı dərslikdə əhatə olunduğu göstərilməlidir;
  • Test tapşırıqları orijinal olmalı, yəni heç bir nəşrdə təkrar olunmamalıdır.
Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığı və mətnə görə müəlliflərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcəkdir. Əlaqə məlumatları 1653
AZ1138, Mikayıl Müşfiq küçəsi, 1M

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 134
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 276
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 35
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 198
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 292
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 391
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 501
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 359
Ted1.az saytı SATILI...