🇺🇸 ABŞ turistik vizası necə alınır? - TAM İZAHLI!

🇺🇸 ABŞ turistik vizası necə alınır?

🔹Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.

🔸Link: https://ceac.state.gov/genniv/
Your code is here
🔹SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).

🔹Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.

Your code is here 🔹Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.
Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.
Cavab: Hacı Surxay

🔹Sonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.
Your code is here
Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.

🔹Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala
“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.
Your code is here
✅Sual: Purpose of Trip to the U.S.
Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)
✅Sual: Specify:
Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)
Your code is here ✅Sual:Have you made specific travel plans?
Cavab: YES

🔹Sonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.
🔹Sonra “next Travel Companions Information
Your code is here ” hissəsinə keçid edirik.

Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.

🔹”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.
Your code is here
✅Sual: Passport/Travel Document Type
Cavab: Regular
✅Sual: Passport/Travel Document Number
Cavab: C0……..
Your code is here ✅Sual: Passport Book Number
✅Cavab: Does not apply

Sonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.

Your code is here 🔹Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.

🔹Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.

🔹Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.
Your code is here
♻️Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)

🔹Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.

Your code is here 🔸Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_in

🔹Linkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.

🔸Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.
Your code is here
📜 Tələb olunan sənədlər:

🔹B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

Your code is here 1. Xarici pasport və şəkil olan səhifəsinin surəti.
2. Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.
3. Şəxsiyyət vəsiqənizin surəti.
4. İş yerindən arayış.
5. Bankdan arayış və çıxarış.
Your code is here 6. Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surəti
7. Nikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.
8. 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.
9. Aviabilet bronu və hotel rezervasiyası.
10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.
Your code is here 11.DS-160 ərizə formanızın təsdiqi.

🇺🇸 Konsulla görüş.

🔹ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.
Your code is here
🔹Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.

1. Niyə ABŞ?
2. ABŞ-da olmusunuzmu?
Your code is here 3. Niyə ABŞ səyahətini bu ilə planlamısınız?
4. ABŞ-a kim ilə gedəcəksiniz?
5. Haralara gedəcəksiniz?
6. Nə qədər qalmağı planlaşdırırsınız?
7. Daha çox qalmaq ehtimalınız varmı?
Your code is here 8. Nə qədər pul xərcləyəcəksiniz?
9. Vəzifəniz (peşəniz) nədir?
10. Gəliriniz nə qədərdir?
11. ABŞ-da dostlarınız, yaxınlarınız varmı?
12. ABŞ-da qalınb işləmək planınız varmı?
Your code is here 13. Aviabilet bronlarınız varmı?
14. Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?
15. Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?

👋🏿Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.
Your code is here
 

Müəllif: Elşən İsmayılov - Səyahət bloqqeri
Paylaş