QAYTARILAN TORPAQ sənədli filminin təqdim mərasimi keçiriləcək

QAYTARILAN TORPAQ sənədli filminin təqdim mərasimi baş tutacaq.

Filmin üç qəhrəmanı vardır:

1993-cü ilin avqustunda Füzulini məcburi tərk edən Hürrüyə Hüseynova, eyni günlərdə Füzuliyə könüllü gedən Rasim Muzaffarli və hər ikisini həm o vaxt, həm bu gün tarixə çəkən Vahid Mustafa Yev.

Filmin ilk açıq baxışına HAMINIZ DƏVƏTLİSİNİZ.

Tarix: 16 dekabr, 18:30 - NİZAMİ kinoteatrı.

Bilet satışı yoxdur. İştirak sərbəstdir.

Ödənişsiz dəvətnaməni bu linkdən əldə edə bilərsiz:

https://drive.google.com/file/d/1neUD6-dmIVC00EjA6ire3PpSViGHKXva/view?usp=sharing

Kifayətdir ki, girişdə bu elektron dəvətnaməni göstərəsiniz.

Təşkilatçılar: "Sizin hamınızı bir məkanda görməkdən məmnun olarıq (əsasən də 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçı dostlarımızı...)."

 

Film haqqında daha ətraflı:

"QAYTARILAN TORPAQ" VƏ YA BİR OVUC TORPAĞI BELƏ QORUSAQ HAMISINI QAYTARA BİLƏRİK.

Film nədən bəhs edir?

1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan Füzulililəri nümayiş edir.

Bu Erməni artilleriyasının dayanmadan Füzulini dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir.

Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə 2022-ci ildə rejissor Vahid Mustafa yevin dramaturju xətti ilə təqdim olunur.

1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə 30 il əvvəl personajların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir. Filmin leytmotivində Torpağa olan münasibətdən bəhs edilir... Filmin müəllifi Vahid Mustafa yevin fikirincə biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə biz onun hətta bir ovucunu da olsa qoruyanda hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır!

Vahid Mustafa yev, çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək, 1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə nümayiş edir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə ləğv olunub. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar. Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim Müzəffərli əlindəki silahla Füzulini xilas edə bilmədi, bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupu, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, Balans Milli Rəqəmsal Bərpa Studiyasının qapalı və ilkin təqdimatında dekabr ayının 1-də Cinema Plus kinoteatrında baş tutdu. Lakin çox saylı tamaşaçıların xahişi ilə "Qaytarılan Torpaq" filmi yenidən 16 Dekabr Nİzami Kinoteatrında, saat 18.30-da geniş auditoriya üçün nümayiş olunacaq. Qonaqlar və Pressa üçün giriş ödənişsizdir.

İlkin və qapalı nümayişdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri, habelə Füzuli ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı.
Paylaş