Çərşənbə, 29 Aprel, 2026

Müdafiə Nazirliyi müxtəlif tibbi ixtisaslar üzrə VAKANSİYALAR elan edib!


  • Dərc edildi: 13 Dekabr, 2022 - 07:34
Müdafiə Nazirliyi müxtəlif tibbi ixtisaslar üzrə VAKANSİYALAR elan edib!

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.   Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.   Nam

izədlər Müdafiə Nazirliyinin Tibb İdarəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3) və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.   Vakant mülki və hərbi vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.   Qeyd edək ki, vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi müraciət edə bilərlər.   Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.   Əlavə məlumat üçün:   Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3   Əlaqə nömrəsi: (012) 530-20-47   Elektron poçt ünvanı: [email protected]

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 34
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 92
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 92
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 79
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 335
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 540
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 152
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 152
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1244
SOCAR-ın Sumqayıt və...