“4Sİ Akademiyası” Milli Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini proqramlaşdırma və texnologiyalı insan kapitalını inkişaf etdirmək üçün 4SİM, Təhsilin İnkişafı və Fondu “Coursera” şirkəti ilə birgə icra olunur. SOCAR, PASHA Holding, BP, JOCAP və Azerconnect Group şirkətləri Milli Proqramın əsaslarıdır. Qeydiyyatdan keçərək siz “Coursera” platformasında olan 8000 kursdan 6 həftəlik lisenziya ilə ödənişsiz istifadə edə bilərsiniz.
Daha geniş məlumat:
İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI
1. Giriş
4Sİ Akademiyası - “Milli Proqram” İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin
İnkişafı Fondu və “Coursera”nın birgə təşəbbüsüdür. Proqram, rəqəmsal cəmiyyətə
keçidin sürətləndirilməsi məqsədilə vətəndaşların bilik və bacarıqlarının artırılmasına
kömək edir.
Bu istifadə şərtləri (“Şərtlər”) İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin
İnkişafı Fondu və “Coursera” tərəfindən həyata keçirilən bu təşəbbüsdə iştirakınızı
tənzimləyir. “Coursera” platformasında qeydiyyatdan keçməklə siz bu Şərtlərə riayət
etməyə razılıq verirsiniz.
2. Uyğunluq
2.1. “Coursera” proqramında iştirak etmək üçün aşağıdakı tələblər ödənilməlidir:
2.1.1. Azərbaycan Respublikasının vətəndaşı olmaq.
2.1.2. İştirakçılar “Coursera” platformasında təqdim olunan kurslardan tam istifadə
etmək üçün ingilis dili biliklərinə malik olmalıdırlar. İngilis dili biliyi olmayan
iştirakçılar yalnız tərcümə edilmiş kurslarla məhdudlaşacaq.
2.1.3. İştirakçılar kurslarda effektiv iştirak edə bilmək üçün kompüterdən və onlayn
platformalardan istifadə etməyi bacarmalıdırlar.
3. Proqramın məqsədi
3.1. Proqramın əsas məqsədi, “Coursera” platformasında dünyanın aparıcı
universitetləri, şirkətləri və təşkilatları tərəfindən hazırlanmış müxtəlif sahələrə
aid kurslar ilə vətəndaşları təmin edərək onların bilik və bacarıqlarını inkişaf
etdirmək və əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadrlar yetişməsinə
töhfə verməkdir.
4. Kurslara giriş
4.1. Qeydiyyatdan keçən iştirakçılar “Coursera” platformasında 8,000-dən çox
kursa pulsuz giriş imkanı əldə edəcəklər.
4.2. Kurslar müxtəlif səviyyələrdə mövcuddur: başlanğıc, orta və yüksək.
4.3. Mövcud lisenziyaların sayı hər kohort üzrə 7,420 ilə məhdudlaşır. Hər kohortun
müddəti 6 həftədir.
4.4. 2500 kurs subtitrlərlə təmin ediləcək, top kurslar arasından 10 ədəd kurs isə
Azərbaycan dilinə dublyaj olunacaq.
5. Qeydiyyat
5.1. Qeydiyyat 4sim.gov.az platforması üzərindən aparılır.
5.2. Hər kohort üzrə qeydiyyatdan keçənlərin sayı lisenziya limitindən çox olarsa,
qalan iştirakçılar növbəti kohortlarda lisenziya ilə təmin ediləcək.
5.3. Hər bir iştirakçı proqrama yalnız 1 dəfə müraciət edə bilər.
6. İştirakçıların öhdəlikləri
6.1. Etibarlı internet bağlantısının və lazımi texnologiyanın təmin edilməsi
iştirakçının məsuliyyətidir.
6.2. Fəal iştirak, tapşırıqların vaxtında yerinə yetirilməsi və kurs qaydalarına əməl
edilməsi vacibdir.
6.3. İştirakçılar kurs materiallarına həftədə minimum 48 saat vaxt ayırmalıdırlar.
7. Lisenziyanın müddəti və istifadə qaydaları
7.1. Lisenziyanın müddəti 6 həftədir. Bu müddət başa çatdıqda lisenziya avtomatik
deaktiv edilir.
7.2. İlk iki həftə ərzində aktivlik göstərməyən iştirakçılar elektron poçt vasitəsilə
xəbərdarlıq alacaqlar. Ԥgər üçüncü həftədə də aktiv olmazlarsa, lisenziyaları
avtomatik ləğv ediləcək və yeni iştirakçılara təqdim ediləcək.
7.3. İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı
Fondu və “Coursera” istənilən vaxt lisenziyanın şərtlərini dəyişmək,
dayandırmaq və ya ləğv etmək hüququna malikdir.
8. Müəllif hüquqları və intellektual mülkiyyət
8.1. Bütün kurs materialları (mətnlər, videolar, şəkillər, testlər və tapşırıqlar) müəllif
hüquqları ilə qorunur.
8.2. İştirakçılar kurs materiallarından yalnız şəxsi təhsil məqsədilə istifadə etməlidir.
8.3. Materialların icazəsiz paylaşılması, yayılması, dəyişdirilməsi və ya kommersiya
məqsədilə istifadəsi qadağandır və hüquqi məsuliyyətə səbəb ola bilər.
9. İştirakçıların məzmun paylaşımı
9.1. İştirakçılar götürdükləri kursların tapşırıqları ilə əlaqədar müəyyən məzmun
təqdim edə bilərlər.
9.2. İştirakçılar təqdim etdikləri məzmunun yalnız onlara aid olduğunu təsdiqləyir və
müəllif hüquqlarına əməl etməyə razıdır.
9.3. İştirakçılar bu cür məzmun təqdim etməklə, İqtisadiyyat Nazirliyi tabeliyində
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil
Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera”ya həmin
məzmundan təhsil və təşviqat məqsədləri üçün istifadə etmək, çoxaltmaq,
yaymaq, nümayiş etdirmək və dəyişdirmək hüququnu (müddətsiz, qeyri-
eksklüziv və ödənişsiz şəkildə) verirlər.
10. Qanunvericilik və mübahisələrin həlli
10.1. Bu şərtlər “Coursera”-nın fəaliyyət göstərdiyi ölkənin qüvvədə olan
qanunvericiliyinə əsasən tənzimlənir və şərh edilir.
10.2. İştirakçılar bu şərtlər çərçivəsində yarana biləcək hər hansı mübahisə, fikir
ayrılığı və ya hüquqi iddianın “Coursera”-nın fəaliyyət göstərdiyi yurisdiksiyanın
qanunları əsasında və həmin yurisdiksiyanın səlahiyyətli məhkəmələri
tərəfindən həll ediləcəyini qəbul edirlər.
10.3. Bu şərtlərdə göstərilən heç bir müddəa istifadəçilərin hüquqlarını
məhdudlaşdırmaq və ya onların yaşadıqları ölkənin qanunvericiliyində nəzərdə
tutulan müvafiq müdafiə mexanizmlərindən yararlanmaq hüququnu
məhdudlaşdırmaq kimi şərh edilə bilməz.
+++QEYDİYYAT ÜÇÜN BU YAZIYA DAXİL OLUN+++
Qeyd edək ki, “Milli Proqram” çərçivəsində “Coursera” platformasında 15 ən çox tələb olunan təlim Azərbaycan dilinə dublyaj olunub, 2500 kurs isə Azərbaycan dilində altyazı ilə təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw).
“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.
Digər belə faydalı elanlardan daimi xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.
WhatsApp Kanalımızı izlə:
https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
WhatsApp Qrupumuza üzv ol:
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımızı izlə: https://t.me/EduOnlineAz
Teleqram qrupumuza üzv ol: https://t.me/EduOnlineAzQrup
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb