Bazar ertəsi, 9 Noyabr, 2026

“Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsinə yekun vurulub


  • Dərc edildi: 15 Dekabr, 2019 - 06:53
“Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsinə yekun vurulub

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsinə yekun vurulub. Üç ay müddətində icra olunan layihə çərçivəsində Beyləqan, Füzuli, Laçın, Bərdə, Tərtər, Xocavənd, Ağdam, Ağcabədi rayonlarında və Cocuq Mərcanlı kəndində intektual yarışlar reallaşdırılıb. İntellektual yarışların final turniri Cocuq Mərcanlı kəndində baş tutub. Layihənin yekun tədbirində Birliyin sədri Tural Əliyev, Cəbrayıl rayonunun icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Məhəmməd Mehdiyev, məktəb direktorları və müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan F. İbayeva həyata keçirilən layihənin həmçinin Cəbrayıl rayonunu da əhatə etdiyini müsbət qiymətləndirərərk layihənin məktəblilərə verdiyi töhfələri qeyd etdi. Birliyin sədri T. Əliyev Prezindent İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Gənclər Fondunun fəaliyyəti və gənclər üçün yaratdığı imkanlar haqqında iştirakçılara geniş məlumat verdi.

Daha sonra 1-ci yeri əldə etmiş Cəbrayıl rayon məktəbinin, 2-ci yeri qazanmış Füzuli rayon məktəbinin və 3-cü yerə çıxmış Beyləqan rayon məktəbinin şagirdləri həvəsləndirici sertifikat, qiymətli hədiyyələr və kuboklar ilə təltif olundular. 12-ci qrant müsabiqəsinin qalibi olmuş layihənin əsas məqsədi məcburi köçkün məktəbliləri arasında intellektual oyunlar vasitəsilə İmadəddin Nəsimi irsinin daha geniş coğrafiyada təbliğinə dəstək olmaqdan ibarət idi. Layihə çərçivəsində region gəncləri arasında özündə tariximizi, milli-mənəvi dəyərlərimizi və Qarabağ həqiqətlərini əks etdirən suallardan ibarət olacaq “Nə? Harada? Nə zaman?” intellektual yarışlar keçirilmişdir.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 91
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 157
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 176
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 375
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1119
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 428
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 606
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 708
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 819
Trabzon Sağlamlıq Qr...