İnformasiya texnologiyaları həyatımızın hər sahəsində olduğu kimi səyahət mövzusunda da işimizi olduqca asanlaşdırır. Bir anlıq düşünürsən ki, bəs keçmişdə səyahəti bu qədər asanlaşdıracaq vasitələr yox ikən, insanlar necə tanımadığı, bilmədiyi bir ölkəyə gedirlərmiş?! Necə səyahət planı qururlarmış?! Hansı ki, indiki zamanda evimizdə oturub, internet üzərindən bütün biletlərimizi, otel rezervlərimizi, hətta muzey biletlərimizi alırıq. Bizə qalan sadəcə gedib gəzmək, səyahətin dadını çıxartmaq olur. Bu yazımda sizlərə səyahətiniz zamanı faydasını görəcəyiniz, sizə yol yoldaşlığı edəcək olan proqramları tövsiyyə edəcəyəm. Odur ki, qeydlərinizi edin, səyahətə çıxmazdan əvvəl telefonumuzda olmazsa olmaz dediyimiz proqramlar hansılardır baxaq görək.
İlk öncə səyahət planlaması üçün bizə lazım olan proqramlardan danışaq. Deyək ki, dostunuzdan, tanışınızdan bir şəhər haqqında gözəl təəssürratlar eşitdiniz və siz də həmin şəhəri görmək arzusuna düşdünüz. Bunun üçün ilk növbədə getmək istədiyimiz şəhər üçün uyğun qiymətə bilet tapmaq lazımdır. Bu zaman hansı proqramlara baxa bilərik?! Skyscanner, Kiwi.com, Momondo, eDreams, Jetradar, Expedia səyahət planlaması üçün istifadə edə biləcəyimiz proqramlardır. Həm IOS, həm də Android variantlarını tapıb telefonunuza yükləyə bilərsiniz. Bu proqramların işləmə prinsipləri demək olar ki eynidir. Gedəcəyiniz yeri ve tarixi seçirsiniz və proqram sizə o istiqamətdə olan uçuşların ucuzdan bahaya doğru qiymətlərini təqdim edir. Skyscanner, Momondo, Expedia proqramlarında sadəcə uçuşları deyil, eyni zamanda qala biləcəyiniz otellər, maşın kiralama kimi xidmətləri də tapa bilərsiniz.
Skyscanner digər proqramlardan daha populyar olduğu üçün demək olar ki, tanımayan yoxdur. Amma yenə də Skyscannerin əsas 3 xüsusiyyəti var ki, onu nəzərinizə çatdıraq. Birincisi əgər səyahətinizdə tarix seçimində sərbəstsinizsə, “ən ucuz ay” seçimini seçərək, uyğun qiymətə bilet tapa bilərsiniz. Digər xüsusiyyəti, hara olsa gedərəm əsas ucuz bilet olsun deyirsinizsə, gedəcəyiniz yer xanasına “Everywhere (hər yerə)” seçimini yazırsınız. Üçüncü xüsusiyyəti isə, ucuz bilet almaq istəyirsinizsə, gedəcəyiniz yeri seçib qiymət xəbərdalığı yaradırsınız. Uyğun qiymətə bilet olduqda sizə maillə mesaj göndərib xəbərdar edir.
Secretflying də səyahət planlaması edə biləcəyiniz bir proqramdır. Bu proqramın əsas xüsusiyyəti hava yolları şirkətlərinin sistem xətası olan ucuz biletlərini tapıb sizlərə göstərməsidir. Bəzən inanılmaz ucuz qiymətə olan biletlər qarşınıza çıxa bilər bu proqramda. IOS və Android versiyalarını telefonunuza yükləyə bilərsiniz.
Omio səyahət planlamasında sadəcə ucuz uçuşları deyil, həmçinin digər nəqliyyat vasitələri ilə getmək seçimlərini də sizlərə təqdim edir. Bu proqram vasitəsi ilə siz avtobus və qatar biletlərini də ala bilərsiniz.
Rome2Rio səyahət planlamada ən çox istifadə edilən mobil proqramlardan biridir. Hətta ilk dəfə səyahətə çıxanlar üçün əsl yol yoldaşıdır deyə bilərik. Bu proqramda gedəcəyiniz şəhəri qeyd edirsiniz, proqram sizə təyyarə, qatar və maşınla gedə biləcəyiniz variantları təklif edir.
Səyahət planlamada istifadə edə biləcəyimiz mobil proqramlar siyahısını daha da uzatmaq olar. Məsələn, gedəcəyimiz şəhərdə Uber proqramı vasitəsilə taksi xidmətindən və Blablacar proqramı ilə isə şəhərlər arası maşın xidmətindən istifadə edə bilərik. Trainline və RailPlanner proqramı ilə Avropa içi qatarla şəhərlərarası səyahət planı qura bilərik. FlixBus ilə Avropa içi ucuz qiymətə avtobus səfərləri edə bilərik. Bundan əlavə olaraq ucuz uçuş qiymətlərindən, hava yollarının endirim kampaniyalarından xəbərdar olmaq üçün hava yolları şirkətlərinin mobil proqramlarını telefona yükləməkdə fayda var. Çünki, hər zaman hava yollarının saytına girib yeniliklərdən xəbərdar olmaq fürsətimiz olmur, amma endirim olduqda mobil proqramlara xəbərdarlıq bildirişləri gəlir. Beləliklə, endirimli uçuşları tez görmək imkanımız olur. Avropa üçün Ryanair, Wizzair, AirEuropa və EasyJet proqramlarını yükləyə bilərsiniz.
Beləliklə, qurduğumuz səyahət planında gediş-dönüş biletlərimizi aldıq, şəhərlər arası nəqliyyat vasitələrindən xəbərdar olduq, sıra gəldi qalacağımız yeri təyin etməyə. İndi sizləri səyahət zamanı qalacağınız oteli, evi tapmaq üçün istifadə olunan proqramlarla tanış edəcəyik.
Booking.com-u yəqin ki, tanımayan yoxdur. Onu həmçinin proqram olaraq da telefonunuza yükləyib istifadə edə bilərsiniz. Bilet aldınız harda qalım deyə fikirləşəcəyiniz zaman booking.com köməyinizə çatacaq. Sayta daxil olursunuz, gədəcəyiniz tarixi və şəhəri yazdıqdan sonra, sizə uyğun olan qiymət aralığını da təyin edirsiniz. Booking özü sizin üçün ən uyğun qiymətə olan otelləri seçib göstərəcək.
Otel seçərkən ise qiymətləndirmə bölməsinə və daha əvvəlki müştərilərin fikirlərinə baxmaqla seçəcəyiniz otelə qərar verə bilərsiniz. Eyni zamanda seçdiyiniz otel barəsində qərarsız qalsanız, bəlkə daha yaxşısı, daha da sərfəlisi var deyə düşünsəniz “Pulsuz ləğv etmə“ seçimi olan otelləri rezervasiya edin ki, daha sonra daha sərfəlisini tapsanız bunu ləğv etmə şansınız olsun. Burada mühüm olan məqam isə son ləğv etmə tarixini unutmamaqdır. Tarixi keçsəniz ləğv etmə şansınız olmayacaq. Bundan əlavə otel axtararkən Trivago, Hotels.com və Agoda kimi proqramlara da nəzər sala bilərsiniz.
Gedəcəyiniz şəhərdə otel yox ev kiralamaq istəsəniz o zaman Airbnb proqramını telefonunuza yükləyin. Airbnb 34000-dən çox şəhərdə yerlilərin öz şəxsi evlərini turistlərə kirayə verdiyi bir platformadır. Burda siz otaqla yanaşı bütün evi də kiralaya bilərsiz. Səyahət zamanı otellərdən daha sərfəli olan bu evlər adətən qrup şəklində ya da ailə ilə gedilən səyahətlərə daha çox tövsiyyə edilir. Ev kiralayarkən əvvəlkiistifadəçilərin şərhlərini oxumadan qərar verməməyiniz tövsiyə olunur.
Səyahət zamanı qalmağa pulsuz yer axtaranlar üçün Couchsurfing proqramını tövsiyye edirik. Gedəcəyiniz ölkədə sizi evlərində pulsuz olaraq qonaq edəcək insanları bu proqram vasitəsilə tapa bilərsiniz.
HotelTonight isə qalacağı otelə son anda qərar verənlər üçün ideal proqramdır. Otellərin son ana qədər satılmayan otaqlarını münasib qiymətə satışa çıxardıqları bir proqramdır. Əgər səyahətə çıxmısınızsa və hələ də otel seçiminizi etməmisinizsə, narahat olmayın bu proqramda uyğun qiymətə otel tapa biləcəksiniz.
Hostelworld və Hostelbookers proqramlarını isə səyahət zamanı hosteldə qalmağı planlayanlar üçün məsləhət görürük.
İndi isə səyahət zamanı bizim köməyimizə çatacaq olan proqramlardan danışaq. İlk olaraq bütün səyahətimiz boyunca bizə hava və su qədər lazım olan Google Maps, Maps.me və CityMaps2Go kimi xəritə proqramlarıdır. İstər online olaraq, istər offline olaraq istifadə edə biləcəyimiz bu xəritə proqramları səyahət zamanı ən çox ehtiyac duyacağımız telefon proqramlarıdır. Gedəcəyimiz ölkənin xəritəsini öncədən endiririk, daha sonra internetə ehtiyac olmadan GPS üzərindən istifadə edə bilərik.
Bir çoxumuz səyahətə çıxmazdan əvvəl gedəcəyimiz ölkədə yağışlı, qarlı günlərə düşməmək üçün həftələr öncə hava proqnozunu bilmək istəyirik. Bu zaman AccuWeather proqramı köməyimizə çatacaq.
Səyahətdə ehtiyacımız ola biləcək digər proqram Google Translate proqramıdır. Xarici dil biliyi zəif olanlar bəzən səyahət etməyə çəkinirlər. Bu proqram vasitəsilə siz qarşınızdakı ilə dərdinizi başa sala biləcək qədər ünsiyyət qura biləcəksiniz.
TripAdvisor, Foursquare, TheFork, FoodSpotting səyahətiniz müddətində yeməklərlə, kafe və restoranlarla bağlı bütün suallarınıza cavab verəcək proqramlardır. Bu proqramların vasitəsi ilə, daha əvvəlki istifadəçilərin restoranlarla bağlı fikirlərini oxuya və seçiminizi ona görə edə bilərsiniz. Tripadvisorda sadəcə restoranlarla bağlı deyil, həmçinin gəziləcək yerlərlə bağlı da məlumatlar tapa bilərsiniz.
XE Currency gedəcəyiniz ölkənin məzənnəsini sizə təqdim edir. Həmçinin bu proqramı internet olmadan da istifadə edə bilərsiniz. IOS və Android versiyaları var, pulsuz proqramdır.
Bəzən tranzit uçuşlarda iki uçuş arasındakı məsafə uzun olur və hava limanında vaxt keçmək bilmir. Lounge Buddy proqramı həmin o uzun zamanları maraqlı keçirmək üçün hava limanlarındakı dinlənmə məkanlarını göstərir.
Flush Toilet Finder ən çox uşaqla səyahət edənlərin işinə yarayacaq bir proqramdır. Əminəm ki, uşaqla səyahətə çıxan ailələrin əsas problemlərindən biridir bu. Sizə gülməli gəlsə də, bu proqramda gedəcəyiniz şəhərlərdəki ictimai tualetlərin yerlərini tapa bilərsiniz.
Sandemans New Europe 18 şəhərdə pulsuz qatıla biləcəyiniz tur proqramıdır. Bu proqram vasitəsilə gedəcəyiniz şəhərdə olan turlara əvvəlcədən rezervasiya edirsiniz və pulsuz olaraq turlara qoşulub gəzdiyiniz yerlər haqqında məlumat alırsınız. Tur pulsuz olsa da bəzən tur rəhbərlərinə bəxşiş olaraq pul verə bilərsiniz.
RoadTrippers maşınla səyahət edənlər üçün lazımlı bir proqramdır. Beləki, başlanğıc nöqtənizlə gedəcəyiniz yeri qeyd edirsiniz. Yolunuzun üzərində olan bütün gəziləcək yerləri, qalınacaq yerləri, restoranları sizə xəritədə göstərir.
Əslində səyahət zamanı işimizə yarayacaq faydalı proqramlar siyahısını daha da uzatmaq olardı. Lakin biz ən məşhurlarından, ən çox istifadə olunanlardan danışdıq. Texnologiyanın faydalarından istifadə edərək bu proqramlarla asanlıqla seyahət planlaya bilərsiniz.
MƏNBƏ: pickvisa.com