Cümə, 27 Mart, 2026

"Şəhərlər və Qadınlar" adlı simpozium


  • Dərc edildi: 6 Mart, 2019 - 22:12
"Şəhərlər və Qadınlar" adlı simpozium

Baku IdeaLab sizi "Şəhərlər və Qadınlar" adlı simpoziuma dəvət edir. Urban konteksində transformasiya olunmuş gender rolları inkluziv cəmiyyətin qurulmasını, daha geniş ictimaiyyətin iştirakını təmin edir. Şəhər mühitlərində kənd yerləri ilə müqayisədə qadınlar üçün bir çox üstünlüklərin olmasına baxmayaraq, bu, şəhərlərdə hələ də gender bərabərliyinin təmin olunduğu demək deyil. Baku IdeaLab olaraq təşkil edəcəyimiz simpoziumda eyni şəhərin müxtəlif gender kimliyi olan sakinləri üçün inkişaf mühitinin nə qədər bərabər paylanması barədə spikerlərimiz Zümrüd Cəlilova və Hüseyn Abdullayev ilə müzakirə edəcəyik. Zümrüd Cəlilova - Hazırda Bakı Dövlət Universitetində 3 dildə gender tədrisini öyrədir. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətində layihəsi meneceri vəzifəsində işləmiş, Avrasiya Əməkdaşlıq Fondunda (AƏF) “Yeddi” adlı Gender lahiyəsi üzrə əlaqəndirmə mütəxəssisi vəzifəsində çalışmışdır. O, iki də

fə dövlət təqaüdü qazanıb və Bakıda Nəsimi rayon İcra Hakimiyyətində və Milli Məclisdə təcrübə keçib. Beynəlxalq münasibətlər və gender ixtisası üzrə maqistr dərəcəsini Bristol Universitetində almışdır. Təhsilini bitirdikdən sonra o, BMT-in Bakidaki ofisində İnkişaf Programı (UNDP) və sonradan BMT-in Jenevrədə yerləşən Avropa İqtisadi Komissiyası (UNECE) qurumlarında təcrübə keçmişdir. Zümrüd Cəlilova eyni zamanda gender bərabərliyi mövzusu ətrafında ictimai müzakirəni təbliğ edən Equals Bakınun həmtəsisçisidir. Həmçinin o, iki il WoWoman və Human Foundation-da lahiyə meneceri kimi könüllü olaraq fəaliyyət göstərmişdir. Hüseyn Abdullayev - Transport for Baku səhifəsinin müəllifi. Bakıda dayanıqlı şəhər nəqliyyatı sahəsində təbliğat aparır. Piyada infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatda islahatların aparılması, daha təhlükəsiz şəhər mühiti üçün çalışır. Tarix: 7 mart 2019 Saat: 19:00 Məkan: Baku IdeaLab Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə. Giriş sərbəstdir.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 192
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 356
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 64
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 62
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1069
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...