YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsinin ikinci buraxılışının "Təcrübə. Düşüncə. Nəticə" adlı yekun sərgisini təqdim edir.
Açılış: 7 mart, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir
Birillik ARTIM Lab kursu ərzində, iştirakçı rəssamlar müxtəlif mövzular və texnikalar ilə eksperimentlər aparmaq, habelə seminarlar, praktiki məşğələlər və mühazirələr vasitəsilə təcrübə qazanmaq imkanı əldə etdilər. Buraxılış sərgisində, rəssamların təqdim etdikləri əsərlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən emiqrasiya və qloballaşma, şəxsi təcrübə, tarixi araşdırmalar, analitik yanaşmalar yer alıb. Yekun sərgi Günay Əliyeva, Roman Qocayev, Yunis Novruzov, Şəlalə Salamzadə və Sofiya Əhədovanın müxtəlif spektrli instalyasiyalarını nümayiş edir.
Günay Əliyeva məkana uyğunlaşan "Yola vermə. Yolunu vermə. Azarsan" adlı poetik instalyasiyasında öz həyat prinsip və düşüncələrini bölüşür. Sözün əsl mənasında üç kəlmə ilə ARTIM Lab layihəsində keçdiyi yolu xarakterizə etmək istəyən gənc araşdırmaçı-rəssam əl izlərinin xətləri ilə öz avtobioqrafiyasını təsvir edir.
Roman Qocayevin "Məni var edən şey yoxluğumdur" adlı instalyasiyası şəxsi təcrübədən qaynaqlanır. Rəssam stereotiplər, mental və fiziki dəyərlərin hökm sürdüyü cəmiyyət ideyası ətrafında öz mövqeyini göstərməyə çalışır. İnstalyasiya Qocayevin uşaqlıq təsəvvürlərinin və yetkin yaş təcrübəsinin əsasında ərsəyə gəlib.
Sofiya Əhədovanın "Ksenofobiya xəritəsi" humanizm ideyalarını vurğulayaraq, demoqrafiya xəritəsinin sürətli dəyişməsində rolu olan emiqrasiya və qloballaşma kimi mövzulara də toxunur.
Şəlalə Salamzadənin "DIV" (Digital Intelligent Void) instalyasiyası bir-birinə zidd olan xaos və harmoniya ideyalarını əks etdirir. Şəlalə rəqəmsal dövrdən başlayaraq bəşəriyyət tarixini analizə edib, kəskin sistem dəyişiklikləri, kritik situasiyaları, münaqişələrin başlandığından əvvəl insanların adi gündəlik həyat tərzi sürdüyünü və heç nədən xəbərsiz olduqlarını vurğulayır.
Yunis Novruzov Bakı Qız qalasının tarixi, təyinatı və etimologiyasını uzun illər ərzində araşdıraraq, abidənin qədim musiqi aləti olan balabanla əlaqəsini müəyyən edib. Bu qənaətə o, Naxçıvanın Nəsirvaz kəndinin petroqlif-piktoqramları hərflərə böldükdən sonra gəlmişdir. Vizual olaraq analogiyanı kinetik instalyasiya vasitəsilə çatdırmağa çalışan Yunis, hər ikisinin mədəniyyətimizdə qədim tarixə malik olmasını göstərməyə çalışır.
Açılış zamanı dəvət olunmuş müstəqil ekspertlər kurator-rəssam Sabina Şıxlinskaya və rəssam Faiq Əhmədin münsifliyi ilə layihənin qalibi seçiləcək. Qalib seçilmiş iştirakçı 2019-cu ildə YARAT-da 6 ay müddətinə rezidentura imkanını əldə edəcək.
Sərgi müddətində iştirakçılar tərəfindən ustad dərslər, mühazirələrin keçirilməsi də nəzərdə tutulur.
ARTIM Lab haqqında
YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən "YARAT STUDIOS" məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək.
Sərginin müddəti: 7 – 24 mart 2019
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00
Əlavə məlumat üçün: www.yarat.az; 0125051414
_________
YARAT Contemporary Art Space presents graduation exhibition of II edition of ARTIM Lab Project entitled Experience. Thoughts. Conclusion.
Opening Date: 7th March, 7 pm
Address: ARTIM Project Space, Old City (Icherisheher), Boyuk Gala Street 30, 001A
Admission is free
During one-year ARTIM Lab education programme the artists had an opportunity to experiment with different themes and techniques, gain practical experience through workshops, master classes and lectures. Final exhibition will include the results of research discussed on the final works of artists, as well as emigration and globalization, personal experience, historical research and analytical approaches, while bringing together various installations by Gunay Aliyeva, Roman Gojayev, Yunis Novruzov, Shalala Salamzade and Sofiya Ahadova.
In her site specific poetic installation entitled Yola vermə. Yolunu vermə. Azarsan. (Don’t turn a blind eye. Don’t make your own way. You will get lost.) Gunay Aliyeva shares her own principles of life and thoughts on today. Young and talented artist and researcher literally seeks to characterize her way through ARTIM Lab Project and describe her autobiography with lines of her hands using these three sentences.
Roman Gojayev’s installation entitled Your non-existence makes me exist is inspired from his personal experience. The artist tries to show his position which is surrounded by the idea of society in which endless stereotypes, mental and physical values dominate. The installation is based on the artist’s childhood imagination and adulthood experience.
Xenophobia Map by Sofia Ahadova focuses on issues such as emigration and globalization, which play an important role in volatile and rapid changing demographic map, while emphasizing the ideas of humanism.
DIV (Digital Intelligent Void) installation by Shalala Salamzade plays deals with the contradicting ideas of chaos and harmony. The artist examines the history of mankind starting from the Digital Age, while emphasizing careless, ordinary life of the people, without reflecting on anything, before all the harsh changes in system, critical situations and wars took place.
For many years, Yunis Novruzov studied history, appointment and etymology of Baku Maiden Tower and established relationship between the monument and ancient musical instrument balaban. He came to this conclusion after he has divided into letters the petroglyphs found in Nasırvaz village (Nakhchivan). Yunis seeks to visually convey this analogy through an installation in order to show ancient history of both elements in Azerbaijani culture.
During the opening ceremony, world-renowned artist Faig Ahmed who will participate as independent expert, along with curator and artist Sabina Shikhlinskaya as a jury will select the winner of the project. The winner will be given an opportunity for 6 month Residency Programme hosted by YARAT in 2019.
Within the frames of the exhibition various master classes and lectures will be held by the participants during the month.
About ARTIM Lab
YARAT Contemporary Art Space presents ARTIM Lab project – a yearlong studio practice and workshops for people of 18-30 years old. A proven artistic practice or enrolment in an art school or academy is a requirement. The main goal is to give an opportunity to engage in contemporary forms of art through experimental practices, try out different media and artistic strategies, the capacity of verbalizing the idea of the work. YARAT provides shared studios throughout duration of the training program, consistent dialogue with YARAT’s curatorial team, extracurricular activities (meeting the artist and etc.), 4 24-hour presentations and one final show at ARTIM Project Space. ARTIM Lab requires commitment investing in theory and knowledge through YARAT Academy and engage into daily studio practice, generate new ideas and produce new works.
Exhibition dates: 7th– 24th March
Working hours: Tuesday – Sunday, 12 pm – 8pm
For more information: www.yarat.az; 0125051414