Yaponiya Dövlət Təqaüd proqramı!

1. Təqaüd proqramının məzmunu, imtahanın gedişatı, müraciət üçün şərtlər

<Proqramın məzmunu>
Bu proqram 2019-cu il aprel və ya oktyabr ayından başlayaraq adətən 2 il ərzində Yaponiya universitetinin magistr və ya doktorantura proqramına rəsmi qeydiyyatsız tələbə statusunda (tədqiqatçı tələbə) təhsil üçün nəzərdə tutulmuş proqramıdır.

※ Birbaşa magistr və ya doktorantura mərhələsinə də müraciət etmək mümkündür. Lakin, MEXT və qəbul edən universitetin qərarından asılı olaraq birbaşa magistr və ya doktorantura mərhələsi üzrə deyil, tədqiqatçı tələbə kimi (rəsmi qeydiyyatsız tələbə) təhsilə başlamaq olur (keçən il qalib gəlmiş hər 3 azərbaycanlı tələbə “tətqiqatçı tələbə”kimi Yaponiyaya getmişlər). Tətqiqatçı tələbə kimi qəbul olunduqdan sonra, tələbə həmin müddət ərzində öz universitetinin magistratura və ya doktorantura pilləsinə (universitetə qəbul üçün gəldikdən yarım il və ya 1 il sonra universitetə qəbul olmaq üçün lazım olan prosedurlara başlayır. Bunun üçün tələbənin yaxşı nəticələrinin olması da tələb olunur) müraciət edir və uğurlu nəticə qazanarsa qəbul olaraq təhsilini davam etdirir.

※Yaponiyaya gəldikdən sonra, universitetə müraciətiniz qəbul olunarsa qalmaq müddətini uzatmaq mümkündür.

※ Universitet seçimi üçün müraciətçinin öncədən “Təhsil almaq istədiyi universitlərə dair seçim formasını” təqdim etməyi gərəkdir. Səfirlik tərəfindən keçirilən birinci seçim mərhələsindən sonra, yalnız müvəffəq olmuş müraciətçilər özləri arzuladıqları universitetin professorları ilə əlaqə saxlayıb, “Qəbul sənədini” əldə etməlidir.

※İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya əlaqədar sahə üzrə olub, Yaponiya universitetində tədqiqat apara biləcəyi sahədə olmalıdır.

※ Təqaüd proqramının əhatə etdiyi ödənişlər:
(1) Yaponiyaya gediş və qayıdış biletləri
(2) Təhsil haqqı
(3) Aylıq təqaüd (Elmi- tədqiqat aparan tələbələr üçün: 143000 yapon yeni)
(Magitr tələbələri: 144000 yapon yeni)
(Doktorantura tələbələri: 145000 yapon yeni)

<Yaponiyaya gedə biləcək maksimum müraciətçilərin sayı>
Dəqiq say məlum deyil.

<Tez-tez soruşulan suallar>

<Seçim prosesinin gedişatı>
※ Tarixlər barədə detallı məlumat üçün aşağıdakı 2-ci bəndə nəzər salın.

(1) 1-ci seçim mərhələsi üçün sənədlərin qəbulu
Sənədlər: 2-ci bənddə qeyd olunmuş “Müraciət forması” və digərlər sənədlər
Son tarix: 30 may, 2018 (çərşənbə) tarixinədək Səfirliyə təhvil verilməlidir.

(2) Yazılı imtahan(yapon və ingilis dillərində)
Vaxt: 2 iyun (şənbə) tarixində planlaşdırılır.

(3) 2-ci seçim mərhələsi üçün sənədlərin qəbulu
Sənədlər: “Sağlamlıq haqqında arayış”(Yalnız yazılı imtahan mərhələsindən keçmiş şəxslərin iyun ayının ortalarına kimi bu sənədi təqdim etmələri lazım olacaq)

(4) Səfirlikdə təşkil olunacaq müsahibə
Tarix: iyunun ortası ~ sonunadək (dəqiq tarix daha sonra bildiriləcəkdir)

(5) Seçim mərhələsinin nəticələrinin səfirlik tərəfindən elan olunması
Tarix: iyulun əvvəlləri (dəqiq tarix daha sonra bildiriləcəkdir)

(6) “Qəbul haqqında sənədi” təqdim etmək
Qeyd: Yalnız müsahibə mərhələsindən uğurla keçmiş şəxslərdən təhsil almaq istədiyi universitet ilə əlaqə saxlayıb, “Qəbul haqqında sənədi” səfirliyə təqdim etmələri tələb olunacaqdır.
Tarix: iyulun əvvələri~24 avqustadək

(7) MEXT və Universitetin sənədlərə baxış mərhələsi
Qeyd: Səfirliyin seçim mərhələsindən keçmiş şəxslər səfirlik tərəfindən Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinə təqdim olunacaq. Sonrakı mərhələdə isə Nazirlik və müvafiq universitet tərəfindən müraciətçilərin nəticələri və sənədlərinə baxış keçiriləcəkdir.
Tarix: sentyabr ~ dekabr

(8) Yekun nəticənin elan olunması
Tarix: 2018-ci il dekabr ayından sonra

<Müraciətçiyə olan şərtlər haqqında qısa məlumat>
Yuxarıda qeyd olunan “Təqdimat kitabçası” bölməsindən yapon və ya ingilis dilində daha ətraflı məlumat əldə edə bilərsiniz.

(1) Azərbaycan vətəndaşı olmaq şərtdir.
※Azərbaycan vətəndaşı olmayan şəxslərdən vətəndaşı olduğu ölkənin Yaponiya səfirliyi və ya konsulluğuna müraciət etmələri xahiş olunur.
(2) 1984-cü il 2 aprel tarixindən sonra anadan olmuş şəxslər
(3) Sənədlərini təqdim edən şəxs 16 illik təhsili başa vurduğunu və yaxud yaxın zamanda təhsilini bitirəcəyini təsdiqləyən (tibb, stomatologiya, baytarlıq fakültələrində təhsil amaq istəyən şəxslərin səfirliklə əlaqə saxlamaları xahiş olunur) sənəd təqdim etməlidir.
(4) Yapon dilini öyrənməyə böyük maraq göstərən şəxslər. Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, tədqiqat müddətində Yaponiya həyatına tez uyğunlaşa biləcək şəxslər.
(5) Əqli və fiziki cəhətdən sağlam olan şəxslər.
(6) Qəbul edən universitetin göstərəcəyi tarixdə Yaponiyaya səfər edə biləcək şəxslər.

2. Müraciət, seçim prosesinin tarixləri və lazım olan sənədlər haqqında ətraflı məlumat
Son müraciət tarixi: 30 may (çərşənbə) 
※ Sənədləri səfirliyə təqdim etməyiniz xahiş olunur. Poçtla göndərmək də mümkündür. Lakin, poçt göndərişində baş vermiş gecikmə nəticəsində son müraciət tarixindən sonra çatan sənədlər qəbul olunmayacaqdır.

<Sənədlərin hazırlanması və ya təhvil verilməsi ilə bağlı diqqət yetirilməli məqamlar>

A) 【1-ci mərhələ sənəd qəbulu üçün lazım olan sənədlər】
(Mütləq şəkildə tələb olunan sənədlər)
(1) Müraciət forması (şəkil ilə birlikdə)
(4) Tədqiqat Planı
(5) Bitirdiyi universitetdən qiymət vərəqəsi
※Bu sənədlərin hər birindən 1 nüsxə orijinal, 2 nüsxə surətlərini təhvil verməyiniz xahiş olunur.

(Mütləq şəkildə tələbə olunmayan sənədlər)
(6) Diplom işinin annotasiyası
(7) Xarici pasportun şəkil olan səhifəsinin surəti(yalnız xarici pasportu olan şəxslər)
(8) Yapon dili Bacarıq imtahanı (JLPT),TOEFL, IELTS üzrə balları təsdiq edən sənədin surəti (yalnız müvafiq sənədləri olan şəxslər)
(9) İncəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslərdən öz əl işlərinin fotoşəkli və ya musiqi ifalarının audio yazısını elektron formatda təqdim etməkləri xahiş olunur.
(4)və(7) nömrəli sənədlərdən 1 orijinal, 2 surət, (5)və(6) nömrəli sənədlərdən isə yalnız 1 nüsxə

B) Yazılı imtahan:
Tarix: 2 iyun (şənbə)
Məkan: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusu planlaşdırılır
İmtahanın məzmunu: Yapon dili imtahanı → 120 dəqiqə (maksiumum bal: 300);
İngilis dili imtahanı → 60 dəqiqə (maksimum bal: 100)

Keçmiş illərin imtahan suallarınına buradan nəzər sala bilərsiniz.

C) 2-ci seçim mərhələsi üçün lazım olan sənədlər:
3 iyun (bazar ertəsi) ~ iyunun ortaları və ya sonlarına kimi ilkin seçim mərhələsindən müvəffəqiyyətlə keçmiş şəxslər aşağıdakı sənədləri təhvil
verməlidir.

【Əlavə olaraq tələb olunan sənədlər】
(10) “Təhsil almaq istədiyi universitlərə dair seçim forması” (1 nüsxə)
(11) Universitetdən tövsiyə məktubu (1 nüsxə orijinal, 2 nüsxə surəti)
(12) Bitirdiyiniz universitetin diplomu (1 nüsxə orijinal, 2 nüsxə surəti)
(13) Sağlamlıq haqqında arayış (1 nüsxə orijinal, 2 nüsxə surəti)
(14) Yalnız çalışan şəxslər üçün: İş yerindən tövsiyə məktubu (1 nüsxə orijinal, 2 nüsxə surəti)

D) Müsahibə (İyunun ortaları ~ sonları ərəfəsində olacağı planlaşdırılır)

E) “Səfirliyin seçim mərhələsinin nəticələri (Müvəffəq olmuş şəxslərə iyulun ilk həftəsi söylənəcəkdir)

Lazım olan sənədlər haqqında daha ətraflı məlumat “Təlimat kitabçasının” 5 və 6-cı səhifələrindədir.

※Bu sənədlərin hər birindən 1 nüsxə orijinal, 2 nüsxə

<Daha ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz>

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Mədəniyyət və Məlumat şöbəsi
Əlaqə nömrəsi: +994 12 490 7819
Elektron ünvan: [email protected]

● “Təlimat kitabçası”:
Yapon dilində
İngilis dilində

※Ətraflı məlumat üçün yuxarıda qeyd olunmuş yapon və ya ingilis dilində olan linklərə daxil ola bilərsiniz.
Paylaş