"Yeni Fikir" startap müsabiqəsi

Haqqında





Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlığa başlayır. Belə ki, "Yeni Fikir VI" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə keçirilir.

 

Müsabiqədə təkcə Bakı Mühəndislik Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilər.

 

"Yeni Fikir" startap müsabiqəsi (YFM) innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. İndiyə kimi, 5 dəfə keçirilən YFM-yə 842 startap layihəsi (o cümlədən YFM 2013-ə 87, YFM 2014-ə 212, YFM 2015-ə 196, YFM 2016-ya 199, YFM 2017-yə 148 startap layihəsi) müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə, sponsor və tərəfdaşların dəstəyi ilə, toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

 

"Yeni Fikir" startap müsabiqəsi hazırda 6-cı dəfə keçirilir. "Yeni Fikir VI" startap müsabiqəsi BP şirkətinin maliyyə dəstəyi ilə keçirilir. BP şirkəti Müsabiqənin keçrilməsini dəstəkləməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan, innovasiya ekosisteminin güclənməsinə, həmçinin innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verir.

 

BP-nin maliyyə dəstəyi ilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafına şərait yaradır.

Müsabiqə aşağıdakı ardıcılıqla həyata keşirilir:

  1. Startap layihələrinin qeydiyyatı mərhələsində mövcud startap layihələrinin qeydiyyatı təmin edilməklə yanaşı, ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətləri ilə bazara yeni startap layihələrinin gətirilməsi də dəstəklənir. Layihələrin qeydiyyatı prosesi yenifikir.az elektron səhifəsinə daxil olmaqla aparılır. Layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan əsas meyarlar iddia olunan ideyanın innovativliyi, biznes strategiyası və layihə komandasının idddianın təmin olunmasına uyğunluq dərəcəsidir.

  2. Növbəti mərhələdə qeydiyyata alınmış startap layihələrin ilkin qiymətləndirilməsi aparılır. Qiymətlənirmə prosesində əsas götürülən meyarlar layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan tələblərə uyğun aparılır. İlkin qiymətləndirmənin nəticələrinə uyğun olaraq, yarımfınalçılar müəyyən edilir.

  3. Yarımfinal mərhələsinə hazırlıq prosesində yarımfınala vəsiqə qazanmış layihə komandalarının gücləndirilməsi və inkişafı həyata keçirlir. Bu proses ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətləri ilə baş verir. Ümumi təlimlərlə yanaşı, hər bir layihə komandası mentorluq xidmətləri ilə gücləndirlir.

  4. Yarımfinal mərhələsində yarışan komandalar arasından finalçılar seçilir. Bu proses yarımfinalçıların münsiflər heyəti qarşısında təqdimatı ilə baş verir.

  5. Final mərhələsinə hazırlıq prosesində fınala vəsiqə qazanmış layihə komandaları spesifik seçilən təlim və mentorluq xidmətləri ilə daha da gücləndirlir. Bu zaman layihərin real bazara hazırlanması ilə yanaşı, investorların marağını çəkə bilmək üçün addımlar atılır.

  6. Final mərhələsində yarışan startap komandalardan ən perspektivli 5 layihə seçilir və qalib olaraq elan edilir. Ən perspektiv startap layihələri kimi qalib komandalar investorlara və geniş ictimaiyyətə təqdim edilir.

  7. Qalib gəlmiş startap layihələrinin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılır. İnkubasiya və ya akselerasiya proqramlarının tətbiqi prosesinin Bakı Mühəndislik Universiteti Texnoparkında və "İnnoland" İnkubasiya və Akselerasiya Mərkəzində təmin edilməsi nəzərdə tutulub. Bu zaman layihələrin şirkətlərşməsi yolunda zəruri məqamlar da BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənir.


 

Müsabiqənin gedişi və müxtəlif məqamları, həmçinin qaydaları haqqında, davamlı olaraq, yenifikir.az veb səhifəsində, eləcə də Müsabiqənin rəsmi @Yenifikir "facebook" səhifəsində məlumat verilir.

"Yeni Fikir VI" startap müsabiqəsi 7 ay müddətində həayata keçiriləcək. Müsabiqənin layihə rəhbəri BMU Texnoparkının müdiri dosent İsa Qasımovdur.

Hazırda Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən startap ekosisteminin inkişafı istiqamətində geniş islahatların aparıldığını nəzərə alaraq, qeyd edə bilərik ki, Müsabiqənin işinə dövlət və özəl sektordan digər təşkilatların da qoşulması istisna deyil.

Müsabiqədə proseslər Azərbaycan dilində yerinə yetirilir.

QEYDİYYAT

Əqli mülkiyyət:

Bütün fikir və ideyalar müəllifin (və ya müəlliflərin) mülkiyyəti kimi qorunur.

 

Təşkilatçılar:

Bakı Mühəndislik Universiteti

Yeni Fikir MMC

Sponsor:

BP şirkəti

"Yeni Fikir VI" startap müsabiqəsinin planlaşdırlmış xronologiyası

 

  1. Müsabiqə elan olunur: 04 mart 2019.

  2. Startap layihələrin (online) qeydiyyatı: 05 mart - 05 may 2019.

  3. Startapların formalaşması və inkişafına xidmət edən təlim və mentorluq xidmətlərinin təşkili: 05 mart - 05 may 2019.

  4. İlkin (online) qiymətləndirmə və yarımfinalçıların seçilməsi prosesi: 06 may - 15 may 2019.

  5. Yarımfinala vəsiqə qazanmış layihələrin elan olunması: 20 may 2019-a kimi.

  6. Yarımfinalçılara təlim və mentorluq xidmətlərinin verilməsi: 20 may - 05 iyun 2019.

  7. Yarımfinal proqramının təşkili: 08 iyun 2019. (Tarix dəyişikliyi olduğu halda, elan olunacaq)

  8. Finalçılara təlim və mentorluq xidmətlərinin verilməsi: 10 iyun - 03 iyul 2019

  9. Final proqramının təşkili: 05 iyul 2019 (saat 09:30-13:00). (Tarix dəyişikliyi olduğu halda, elan olunacaq)

  10. Mükafatlandırma və "demoday" proqramının təşkili: 05 iyul 2019 (saat 16:00-18:00). (Tarix dəyişikliyi olarsa, elan olunacaq)

  11. Seçilmiş ən yaxşı 5 perspektivli layihənin (qaliblərin) inkubasiya və akselerasiya proqramına cəlb olunması: 06 iyul 2019-cu il tarixindən başlayaraq.



 

Meyarlar





"Yeni Fikir" startap müsabiqəsində qiymətləndirmə meyarları aşağıdakı kimidir

 

Layihə heyətinin göstəriciləri:

  • Heyət üzvlərinin layihənin həyata keçirilməsi üçün uyğunluq (peşəkarlıq) potensialı;

  • Məhsul ilə bağlı texniki bacarığı olan komanda üzvünün olması və onun peşəkarlıq təcrübəsi;

  • Layihə heyətinin əvvəllər üzərində işlədiyi uğurlu nəticə və real referansları.


 

İddia olunan məhsulun (və ya xidmətin) innovativliyi və texnoloji yeniliyi

  • Təklif olunan məhsul və ya xidmətin texnoloji-innovativ xüsusiyyətləri, faydaları və üstünlükləri, eləcə də bu göstəricilərin bənzərlərindən fərqləri


 

Bazar və rəqabət

  • Layihənin bazar strategiyası;

  • Hədəf bazarının ölçüləri, əhatə dairəsi və tələbləri;

  • Qlobal və lokal bazarda məhsulun (və ya xidmətin) rəqiblərinə görə üstünlük imkanları;

  • Mövcud istifadəçi və ya neçə müştərilərin olması.


 

Biznes Model

  • Layihənin biznes modeli;

  • Layihənin indiyə kimi cəlb edə bildiyi investisiya imkanları.


 

Qeydlər:

  1. "Yeni Fikir VI" startap müsabiqəsində innovativ iş fikri ilə öz şirkətini qurmaq istəyənlər iştirak edir.

  2. "Yeni Fikir" startap müsabiqəsində qalib gələrərk, indiyə kimi, dəstək almış layihələr "Yeni Fikir VI" startap müsabiqəsində iştirak edə bilmir.



Dəstək formaları





"Yeni Fikir VI" startap müsabiqəsində iştirak edən təşəbbüskarların, o cümlədən seçiləcək ən perspektivli 5 startap layihəsinin əldə edəcəyi dəstək formaları:

 

1. Müsabiqədə iştirak edən bütün təşəbbüskarlara BP şirkətinin dəstəyi ilə mentorluq və təlim xidmətləri verilir. Təlim və mentorluq xidmətlərinin tarixi və yeri haqqında Müsabiqənin rəsmi veb səhifəsi (yenifikir.az), həmçinin rəsmi "facebook" (www.facebook.com/yenifikir.az/) səhifəsindən mütəmadi şəkildə elan olunur. Bununla bağlı ilkin məlumatlar http://yenifikir.az/az/pages/Xronologiya-27.html elektron ünvanında yerləşdirilib.

2. Müsabiqə nəticəsində qalib gələn ən perspektivli 5 startap layihəsinin inkişafı aşağıda verilən resurslarla dəstəklənir:

2.1. 1-ci yeri qazanan startap layihəsi 8000 manat maliyyə dəstəyi qazanır. Maliyyə dəstəyi BP şirkətinin dəstəyi ilə təmin edilir. (Qazanılmış 8000 manat maliyyə dəstəyi 1-ci yeri qazanan startap layihəsinin inkişafına və şirkətləşməsinə xərclənir. Maliyyə dəstəyinin xərclənməsi Yeni Fikir MMC tərəfindən Layihə komandasının razılığı əsasında yerinə yetirilir.)

2.2. 2-ci yeri qazanan startap layihəsi 6000 manat maliyyə dəstəyi qazanır. . Maliyyə dəstəyi BP şirkətinin dəstəyi ilə təmin edilir. (Qazanılmış 6000 manat maliyyə dəstəyi 2-ci yeri qazanan startap layihəsinin inkişafına və şirkətləşməsinə xərclənir. Maliyyə dəstəyinin xərclənməsi Yeni Fikir MMC tərəfindən Layihə komandasının razılığı əsasında yerinə yetirilir.)

2.3. 5 startap layihəsinin inkişafı BP şirkətinin dəstəyi ilə , 6 aydan 1ilə qədər müddətdə, bəzi avadanlıqlarla ("notebook" , "smart board", "printer", "camera", "licensed software") təmin edilir.

2.4. 5 startap layihəsinin inkişafı üçün Bakı Mühəndislik Universiteti Texnoparkında, 6 aydan 1ilə qədər müddətdə, inkubasiya xidmətləri verilir.

2.5. 5 startap layihəsinin inkişafı üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində, 6 aydan 1ilə qədər müddətdə, inkubasiya və akselerasiya xidmətləri verilir.


Paylaş